Accessibility links

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Türkiyədə baş verən terror aktını qətiyyətlə pisləyib


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Türkiyədə baş verən terror aktını qətiyyətlə pisləyib
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Türkiyədə baş verən terror aktını qətiyyətlə pisləyib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə toplantısında ikitərəfli və çoxtərəfli münasibətlərin möhkəmləndirilməsi müzakirə edilib.

Oktyabrın 21-də Almatıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) I zirvə toplantısı keçirilib. Forumda Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Roza Otunbayeva, Türkiyənin Baş nazirinin müavini Bəkir Bozdağ iştirak edib.

Prezident Nursultan Nazarbayev bildirib ki, TDƏŞ ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın genişlənməsini başlıca prioritet müəyyən edib. “Türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin möhkəmləndirilməsi vacibdir. Türk dünyası çərçivəsində əməkdaşlığın inkişafı üçün geniş imkanlar var. Bu baxımdan Türkdilli Dövlətlərin İşgüzar Şurası yaradılmalıdır. Ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsi mövcud potensiala uyğun deyil”.

Azərbaycan prezidenti İlham Əliyevin Bakıda Türkdilli Dövlətlərin Mədəniyyət Fondunun yaradılması haqqında təklifi dövlət başçıları tərəfindən dəstəklənib.
Sonda TDƏŞ-in I zirvə toplantısının yekun sənədi - Almatı Bəyannaməsi imzalanıb. Sənəd türkdilli dövlətlərin bir sıra beynəlxalq və regional məsələlər üzrə razılaşdırılmış mövqeyini, iqtisadi və mədəni-humanitar sahələrində əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir.
Zirvə toplantısının yekunları ilə bağlı dövlət başçılarının bəyanatında deyilir ki, Almatı Zirvə Toplantısı ümumi tarix, dil və mədəniyyətə söykənən əməkdaşlığın gələcəkdə inkişafı və möhkəmlənməsi baxımından türkdilli dövlətlər arasında yeni səhifə açacaq.

Dövlət başçıları “qardaş Türkiyədə baş vermiş hadisələrdə həlak olanların ailələrinə” başsağlığı verib, bu cür terror aktlarını qətiyyətlə pisləyib.

XS
SM
MD
LG