Accessibility links

Türkiyədə korrupsiya istintaqı aparan prokuror prosesdən uzaqlaşdırıldı


Türkiyədə korrupsiya və rüşvətxorluqla bağlı istintaqı aparan prokuror prosesdən uzaqlaşdırıldığını və polisin onun həbslərə dair sanksiyalarına əməl etmədiyini deyib.

Müəmmar Akkaş bildirib ki, istintaq baş prokurorluq və ədliyyə polisinin açıq təzyiqlərinə məruz qalıb.

İstintaq 3 nazirin istefa verməsi ilə nazirlər kabinetində dəyişikliklər, siyasətçilər və iş adamlarının həbsinə yol açıb.

Türkiyənin baş prokuroru Turan Çolakkadi Akkaşın ittihamlarını rədd edərək, prokurorların “seçmə istintaqlara” ixtiyarları olmadığını deyib.

Müəmmar Akkaş qalmaqalla bağlı daha 30 nəfərin həbsinə göstəriş vermişdi.
XS
SM
MD
LG