Accessibility links

Türkiyədən vətəndaşlarına xəbərdarlıq


Türkiyə vətəndaşlarına Amerikaya səyahət barədə xəbərdarlıq edib. Bu addım ABŞ-ın terror təhlükəsi və həbslərlə bağlı amerikalılara Türkiyəyə səyahət etməmək çağırışından sonra atılıb.

Türkiyənin baş naziri Binəli Yıldırım deyib ki, Amerika Türkiyəni ədalətsiz şəkildə təhlükəli yer adlandırır və iki NATO müttəfiqi kimi münasibətləri düzəltməyə cəhd etmir.

"Ankara Vaşinqton qədər təhlükəsizdir. İstanbul isə Nyu-York qədər" , Yıldırım bildirib.

Türkiyə vətəndaşlarını Şarlotsvill, Ohayo universiteti və Minnesota məscidinə hücumları misal göstərməklə səyahətlərini nəzərdən keçirməyə çağırıb.

Bunan əlavə türkiyəli bankirin həbsi misal gətirilərək, ABŞ-da arbitrar həbslər barədə xəbərdarlıq verilib.

Türkiyənin xəbərdarlığı ABŞ-ın terror təhlükəsi və həbslərlə bağlı amerikalılara Türkiyəyə səyahət etməmək çağırışından sonraya təsadüf edir.

Amerika fövqəladə durumda siyasi motivlərə əsaslanaraq, gizli dəlillər ittihamı ilə arbitrar həbslər barədə də xəbərdarlıq yayıb.

İki ölkə arasında münasibətlər 2016-ci ildə Türkiyədəki çevriliş cəhdindən sonra Ankaranın arxasında durduğunu iddia etdiyi Fətullah Gülənin ekstradisiya edilməməsindən sonra gərginləşib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG