Accessibility links

Mevlüt Çavuşoğlu Antaliyada Rusiya və iranlı həmkarları ilə görüşə ev sahibliyi edib


Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu kurort şəhəri Antaliyada Rusiya və iranlı həmkarları ilə görüşə ev sahibliyi edib. Görüş zamanı çərşənbə günü Rusiyada keçiriləcək Suriya sammitinə hazırlıqlar müzakirə edilib.

Ankaranın Suriya müharibəsində Moskva və Tehranın dəstəklədiyi tərəflərə müxlaif olan tərəfə arxa durmasına baxmayaraq, ölkələr İdlibdə de-eskalasiya zonası yaradıb və münaqişənin həllinə ciddi maraq göstərir.

Antaliya görüşü sammitdə bütün fikir ayrılıqlarının aradan qaldırılmasına deyil, heç olmasa onların yüngülləşdirilməsinə xidmət edib.

Moskvanın Suriya sammiti ətrafında narahatlıqlar dolaşır. Belə ki, Tehran görüşün Mpskvada keçirilməsinin əleyhinədir. Ankara isə Suriyanın kürd silahlı qruplaşması PYD-nin sammitə dəvət edilməsinə etiraz edir.

Cavuşoğlu rusiyalı həmkarı Sergey Lavrova Antaliya görüşü zamanı Türkiyənin PYD qüvvələrinə qarşı Afrin anklavında hərbi əməliyyatlarla razılaşmasını istəyib.

Türkiyə prezidenti Ərdoğan Afrinin azad ediləcəyinə söz verib.

Antalya görüşü Türkiyə ilə NATO arasında yaranmış gərginliklər vaxtına təsadüf edib.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ölkəsinin NATO-ya etibar edib-etməmək məsələsində tərəddüddünü dilə gətirib.

"Anadolu" agentliyinin yazdığına görə, Ərdoğan bildirib ki, Türkiyə Suriya ərazisindən təhdidlərlə üzləşdikdə NATO öz zenit-raket komplekslərini Türkiyədən çıxarıb. Onun fikrincə, alyans bununla təhlükə anında Türkiyəyə yardım etməyəcəyini anlatmağa çalışıb.

Ərdoğan əlavə edib ki, bundan sonra Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün Rusiyadan S-400 sistemlərinin alınması ilə bağlı danışıqlara başlayanda alyansın tənqidləri ilə üzləşib:

"Belə təşkilata etibar edilməsi məsələsi ciddi suallar doğurur. Bütün bunlar NATO daxilində problemlərin olduğunu göstərir", Ərdoğan bildirib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG