Accessibility links

Bu gün Türkiyə və Ermənistan arasında uçuşlar başlayır


Sabiha Gökçen Beynəlxaql Aeroportu, İstanbul
Sabiha Gökçen Beynəlxaql Aeroportu, İstanbul

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşma prosesi çərçivəsində bu gündən iki ölkə arasında kommersiya uçuşları başlayır. İlk planlı uçuş bu gün İstanbuldan Yerevana ediləcək.

İki ölkə arasındakı kommersiya uçuşlar Türkiyə tərəfindən Pegasus Hava Yolları, Ermənistan tərəfdən isə Fly One Armenia aviaşirkətləri həyata keçirəcək. Pegasus Hava Yolları ilkin olaraq həftədə üç dəfə həyata keçiriləcəyini açıqlayıb.

İlk uçuş Türkiyə vaxtı ilə saat 23:35-də İstanbul Sabiha Gökçen hava limanından həyata keçiriləcək. Pegasus Hava Yollarına məxsus təyyarə sabah Yerevandan İstanbula geri uçacaq.

Ermənistanın “Fly One Armenia” şirkəti də Türkiyə ilə Ermənistan arasında həftədə üç uçuş edəcək.

Türkiyənin Ermənistandakı xüsusi nümayəndəsi səfir Serdar Kılıç və Ermənistan nümayəndəsi Ruben Rubinyan yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada görüşərək və normallaşma addımları barədə danışıqlar aparmışdı.

Danışıqlarda fevralın 2-dən etibarən iki ölkə arasında uçuşların başlanmasına qərar verilib. Münasibətlərin normallaşdırılması addımları çərçivəsində Ermənistan da türk mallarına qoyulan embarqonu ləğv edib. Digər tərəfdən martın 11 və 13 tarixlərində Antalyada keçiriləcək Diplomatik Foruma Ermənistanın da qatılacağı açıqlanıb.

XS
SM
MD
LG