Accessibility links

Türkiyədə ANZAK günü qeyd edilib


Türkiyədə Birinci Dünya Müharibəsi zamanı Avstraliya və Yeni Zelandiya əsgərlərinin Çanaqqalada sahilə çıxışı ilə bağlı hadisələrin ildönümü qeyd edilib.

(ANZAK) Avstraliya Yeni Zelandiya Atıcı Korpusu Günü minlərlə əsgərin kiçik sahilə çıxması üçün mübarizə apardığı uğursuz kampaniya zamanı 130 mindən çox əsgərin ölümünə səbəb olmuş hadisələrin 102-ci il dönümü qeyd edilir.

“Bugünkü kimi soyuq bir səhər cəsur və gənc əsgərlər həyəcan içində, qeyri müəyyənliklə qarşı-qarşıya ikən Krala və ölkələrinə xidmət etmək üçün buraya, bu sahillərə çıxdı. Onlar qorxu və sevdikləri haqda fikirlərini kənara qoydu. Yalnız yanlarında yoldaşlarına güvənərək cəsarətlə irəliləyib və növbəti səkkiz ay ərzində qeyri-mümkün bir müharibədə vuruşub” deyə Yeni Zelandiyanın ədliyyə naziri Emi Adams bildirib.

“Biz ötən əsr boyu ANZAK ənənəsini davam etdirən ordu qüvvələrinin kişi və qadın əsgərlərin xatirəsini yad edirik. Biz Tükiyə xalqına hər il bizi buraya dəvət etdiklərinə və bizim birgə tariximiz və dostluğumuzu tanıdıqlarına görə təşəkkür edirik” deyə Avstraliyanın xaric işlər naziri Culi Bişop bildirib.

Çanaqqala Avstraliya və Yeni Zelandiya əsgərlərinin öz bayraqları altında döyüşdüyü ilk döyüş idi. Və bu dövr milli şüurda iki ölkənin Britaniya imperiyasının kölgəsindən çıxdığı bir tarixi mərhələ kimi həkk olunub.

İki ölkə Avstraliya və Yeni Zellandiya Atıcı Korpusları adı altında döyüşüb.

Türkiyə hökuməti həlak olan əsgərlərin xatirəsinə bu əraziyə Anzak Körfəzi adı verib.

XS
SM
MD
LG