Accessibility links

Türkiyədə mikroavtobusun aşması nəticəsində 15 miqrant həlak olub


Türkiyənin cənub-şərqində mikroavtobusun aşması nəticəsində azı 15 miqrant ölüb, 52 nəfər yaralanıb.

Bu barədə Reuters agentliyi iyulun 18-də yerli bələdiyyəyə istinadla xəbər verir.

Mikrovtobus Van əyalətində yoldan çıxaraq xəndəyə düşüb.

Mikrovtobusun hara getməsi barədə hələ ki, məlumat verilmir.

Van valisi Emin Bilmez NTV Televiziyasına deyib ki, onlar Əfqanıstan, Pakistan və Banqladeşdən olan miqrantlardır.

Hazırda Türkiyədə müharibə gedən Yaxın Şərq və Afrika ölkələrindən milyonlarla miqrant var.

Onlar Türkiyə vasitəsi ilə Qərbi Avropaya keçməyə çan atırlar.

2016-cı ildə Türkiyə ilə Avropa Birliyi arasında əldə olunmuş razılaşmadan sonra Avropaya miqrant axını kəskin azalıb.

Razılaşmaya əsasən Türkiyə bu miqrantları öz ərazisində yerləşdirməli, Avropa Birliyi isə əvəzində ona 3 milyard avro vəsait verməli və Türkiyə vətəndaşlarına qarşl viza məhdudiyyətlərini azaltmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Hindistan müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
please wait

No media source currently available

0:00 0:11:27 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG