Accessibility links

BMT-nin türk hakimi həbs edilib


Türkiyənin BMT-nin müharibə cinayətləri blokuna təyin etdiyi hakimi diplomatik toxunulmazlığına baxmayaraq iyulda Türkiyədə baş vermiş çevriliş cəhdində şübhəli bilinərək həbs edilib.

Beynəlxalq Cinayət Tribunalı Mexanizminin prezidenti Teodor Meron BMT-nin Baş Assambleyasına hakim Aydın Sedəf Akayın sentyabrda həbs edildiyini bildirib.

“Bu, çox ciddi məsələdir. Bu, müasir beynəlxalq cinayət məhkəməsində BMT-də xidmət göstərən və proses üzərində işləyən hakimin ilk dəfə hökumət tərəfindən həbs edilməsi halıdır” -deyə Hakim Teodor Meron bildirib.

Meron əlavə edərək bildirib ki, Türkiyə onun Akayı ziyarət etmək müraciətini rədd edib. Meron onun dərhal azadlığa buraxılmasına çağırıb.

İyul ayından bəri 30 mindən çox insan çevriliş cəhdi ilə əlaqədar həbs edilib. Onların əksəriyyəti ordu, təhsil və məhkəmə sistemlərində çalışanlardır.

XS
SM
MD
LG