Accessibility links

Əhməd Davutoğlu terror hücumuna görə kürd yaraqlıları ilə əlaqəsi olan suriyalını təqsirləndirib


Türkiyənin baş naziri Əhməd Davutoğlu Ankarada 28 nəfərin ölümü ilə nəticələnən bomba hücumunda kürd yaraqlı qrupları ilə əlaqəsi olan suriyalını təqsirləndirir.

Televiziya vasitəsi ilə yayımlanan çıxışında Davutoğlu bildirib ki, hücum PKK kürd separatçı qrupu tərəfindən Suriyadan Türkiyəyə keçməyə müvəffəq olan şəxslə birlikdə həyata keçirilib.

Davutoğlu deyib ki, suriyalı şəxs Suriya kürd üsyançı qrupu olan YPG-nin üzvüdür.

Maşına yerləşdirilmiş bomba dünən Türkiyənin paytaxtında parlament və hərbi baş qərərgahın cəmi bir neçə yüz metrliyində hərbi avtobus karvanını hədəf alıb.

Hücumun məsuliyyətini üzərinə götürən olmayıb.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan hücumu törədənlərə cavab veriləcəyinə and içib.

XS
SM
MD
LG