Türkiyənin hökumət rəsmiləri üç il əvvəl çevriliş cəhdi ilə əlaqədar 176 hərbi qulluqçunun həbsinə göstəriş verib.
Bu haqda İstanbul hakimi bəyanat yayıb.
Çevriliş cəhdindən sonrakı üç ildə on minlərlə adam həbs edilmiş, xeyli sayda adam işdən qovulmuşdur.
Həbs təhlükəsi altında olanlara bir polkovnik, iki polkovnik-leytenant, yeddi kapitan və yüz leytenant daxildir. Onlar ordu, aviasiya və hərbi dəniz donanmasında xidmət göstərir.
Ankara hesab edir ki, çevriliş cəhdinin arxasında Amerikada mühacirətdə yaşayan din xadimi Fətulla Gülən durur.
Gülən isə çevriliş cəhdi ilə heç bir əlaqəsi olmadığını iddia edir.
Çevriliş cəhdinin üstündən üç il ötmüş on minlərlə adam həbs edilmiş, daha çox sayda adam isə işdən qovulmuşdur.
Həbs olunanlar və işdən xaric edilənlərin sırasında mülki və hərbi qulluqçular var. Onların çoxu hələ də məhkəməni gözləyir.
İnsan haqları təşkilatları və Türkiyənin Qərb müttəfiqləri hökuməti basqıların miqyasına görə tənqid etmiş və prezident Rəcəb Tayyib Ərdoğanın çevriliş çəhdindən bəhanə kimi istifadə edərək ölkədə fikir ayrılığını əzdiyini demişdir.
Ərdoğan hökuməti israr edir ki, "təhlükəsizlik tədbirləri" Gülən şəbəkəsinin törətdiyi təhlükənin qarşısını almaq üçün vacibdir.