Accessibility links

Türkiyə israilli futbolçunu Qəzzadakı girovlara həmrəylik nümayiş etdirdiyinə görə ittiham edir


"Antalyaspor"un futbolçusu Saqiv Yehezkel
"Antalyaspor"un futbolçusu Saqiv Yehezkel

Bazar ertəsi Türkiyə hökuməti yüksək səviyyəli liqa oyunu zamanı HƏMAS militant təşkilatı tərəfindən girov saxlanılan insanlara həmrəylik ifadə edən israilli futbolçu Saqiv Yehezkeli nifrətin qızışdırılmasında ittiham edib. O, məhkəməyə qədər həbsdən azad edilib.

"Antalyaspor"un futbolçusu bazar günü axşam saatlarında biləyinə "David Ulduzu"nun yanında oktyabrın 7-si, HƏMAS-ın İsrailə hücum etdiyi və girovları götürdüyü günü xatırladan “100 gün 7.10" yazılan sarğı taxdığına görə dindirilmək üçün saxlanılıb.

28 yaşlı İsrail vətəndaşı polisə deyib ki, o, sadəcə olaraq müharibəyə son qoyulmasına çağırıb.

Ədliyyə naziri Yılmaz Tunc bazar günü axşam deyib ki, Yehezkel "ictimaiyyəti açıq şəkildə nifrət və düşmənçiliyə təhrik etdiyi" üçün istintaq altındadır.

Tunc X səhifəsində yayımladığı bəyanatda Yehezkelin "İsrailin Qəzzada törətdiyi qırğına dəstək üçün çirkin bir jest" etdiyini iddia edib.

Bu jest geniş ictimaiyyətin İsrailin Qəzzada hərbi əməliyyatlarına etiraz və fələstinlilərə böyük dəstək olan Türkiyədə təxribat xarakterli hesab edilib.

"Antalyaspor" Yehezkeli komandadan uzaqlaşdırıb və klubun vəkilləri ilə müqaviləni ləğv etmək ehtimalını müzakirə etdiyini bildirib.

Özəl NTV televiziyasının xəbər verdiyinə görə, oyunçunun ailə üzvləri ilə birlikdə özəl təyyarə ilə İsrailə qayıdacağı gözlənilir.

Özəl DHA xəbər agentliyi bildirib ki, polis tərəfindən sorğu-sual zamanı futbolçu təxribat xarakterli olması ilə bağlı ittihamları rədd edib.

"Mən müharibə tərəfdarı deyiləm. Mən bu 100 günlük prosesin başa çatmasını istəyirəm. Mən müharibənin bitməsini istəyirəm" - deyə, DHA futbolçunun polisə dediklərindən sitat gətirib.

Bu arada, Yehezkelin həbsi İsraildə qəzəb doğurub.

İsrailin xarici işlər naziri İzrael Katz beynəlxalq ictimaiyyəti və idman qruplarını Türkiyəyə və onun "idmançılara qarşı siyasi zorakılıq və təhdidlərinə" qarşı addımlar atmağa çağırıb.

Forum

XS
SM
MD
LG