Accessibility links

Ankarada polislə nümayişçilər arasında qarşıdurma olub


Ankarada polis bazar ertəsi müasir Türkiyə tarixində ən dəhşətli terror hücumunun ildönümünü qeyd etmək üçün toplaşan yüzlərlə fəala qarşı gözyaşardıcı qaz və təyziqli sudan istifadə edib.

100-dən çox nümayişçi qadağaya məhəl qoymayaraq 2015-ci il oktyabrın 10-u Ankaranın əsas metro stansiyasında qoşa bomba partlayışları nəticəsində 103 insanın ölümü 500-nünü yaralanmasına səbəb olan terror hücumunda ölənlərin xatirəsini anıb.

Polis stansiyaya aparan yolları kəsib və yürüş keçirən nümayişçilərin partlayışın baş verdiyi əraziyə girə bilməmələri üçün baryerlər qurub. Nəticədə polislə nümayişçilər arasında toqquşma baş verib.

Dövlət televiziyası azı 60 nümayişçinin həbs edildiyini bildirib.

Rəsmilər hadisə qurbanlarının ailə üzvlərinə hadisə baş vermiş yerə əklil qoymalarına icazə verib.

İŞİD-la əlaqəsi olduğundan şübhələnilən hücumçular stansiyanın qarşısında kürdpərəs sülh tərəftarı fəalların keçirmək istədiyi nümayişdə özlərini partlatmışlar.

XS
SM
MD
LG