Accessibility links

Təhlil: Sosial qarşıdurma Türkiyə iqtisadiyyatını laxladıb


Türkiyədə həftələrdir hökumətə qarşı davam edən etirazlar ölkənin maliyyə bazarlarını təzyiq altında saxlayır. Təhlilçilər son on ildə iqtisadi rifahı görünməmiş şəkildə yüksələn Türkiyənin dünya iqtisadiyyatı qarşısında risklə üzləşə biləcəyi barədə xəbərdarlıq edirlər. Son zamanlar baş verənlərin fonunda Türkiyənin maliyyə bazarlarındakı böhran türk lirəsinin dəyərinin ABŞ dolları ilə müqayisədə düşməsinə səbəb olub.

İstanbulun Bahçeşehir Universitetindən iqtisadçısı Çengiz Aktar deyir ki, Türkiyə maliyyə bazarlarında vəziyyəti ağırlaşdıran ikinci başlıca faktor ABŞ Federal Ehtiyat Fondunun faizsiz sələm ödənişini dayandıracağını elan etməsi oldu:

“Maliyyə bazarlarında qeyri-sabitlik əsasən fondun qərarı ilə əlaqədar idi. Təəssüf ki, Türkiyədə baş verənlər buna təkan verdi və bu, yaxşı xəbər deyil. Əlbəttə ki, Amerika Federal Ehtiyat Fondunun bu addımı inkişaf etməkdə olan bütün dövlətlərin iqtisadiyyatına böyük zərbə vurdu. Ən böyük zərbə isə Türkiyə və Cənubi Afrika iqtisadiyyatına dəydi.”

Ola da bilər ki, investorlar Ərdoğanın son bəyanatlarını indiyədək azad bazara meylli hökumətin siyasətini fundamental şəkildə dəyişməsi kimi yozsunlar.
İnan Dəmir, iqtisadçı
Türkiyə dünyada ən az qənaət edən ölkədir ki, oz iqtisadiyyatını xarici invetisiyalar və xaricdən alınan borcların sayəsində genişləndirir. Təhlilçilər deyirlər ki, ölkənin hakim Ədalət və İnkişaf Partiyasının bizneslə bağlı son on ildəki siyasəti xarici investorların təşəkkürünə, bu isə iqtisadiyyatın demək olar ki, üç dəfə artmasına səbəb olub.

Lakin İstanbuldakı "Finansbank"-ın baş iqtisadçısı İnan Dəmir baş nazir Ərdoğanın Türkiyədə baş qaldıran etirazlara beynəlxalq maliyyə institutlarının dəstək olduğunu deməsi xarici investorların Ərdoğan hökumətinə etimadında sual doğurduğunu deyir. “Əlbəttə, onlar bu etiraz dalğasının qızğın məqamında deyilənləri unuda da bilərlər. Ola da bilər ki, onlar bunu indiyədək azad bazara meylli hökumətin siyasətini fundamental şəkildə dəyişməsi kimi yozsunlar."

Konya şəkər zavodunda işçilər halva bişirirlər
Konya şəkər zavodunda işçilər halva bişirirlər
İstanbulda qərargahlanan Global Source Partners araşdırma firmasının əməkdaşı Atilla Yeşilada hesab edir ki, qlobal investor sentimentləri artıq dəyişməyə başlayıb: “Bir ay bundan öncə Türkiyə inkişaf etməkdə olan bazarda investorlar üçün ən cazibədar ölkə idi. İndi isə Türkiyənin riskləri yaxından izlənilir.”

Hətta sosial partlayışdan öncə Türkiyə iqtisadiyyatı artıq illik 3 faizədək yavaşılamışdı. Halbuki ötən illərdə iqtisadi artım 8 faiz təşkil edirdi. İqtisadçılar deyirlər ki, əgər iqtisadi durum pislməşmə trayektoriyası ilə gedərsə, onda hakim AKP-nin üzləşdiyi çətinliklərin miqyası daha böyük olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG