Accessibility links

ABŞ: Şəffaf seçkilər Türkiyənin öz maraqlarına xidmət edir


ABŞ şəffaf seçkilərin Türkiyənin öz maraqlarına xidmət etdiyini bildirib.

Dövlət Departamentinin bəyanatında deyilib ki, azad seçkilər demokratiyanın təməlini təşkil edir. Bu bəyanat İstanbulda bələdiyyə seçkilərinin nəticələrinin ləğvindən sonra səslənib.

Mayın 6-da Türkiyənin hakimiyyət orqanları İstanbulda bələdiyyə seçkisinin nəticələrini ləğv edib.

Türkiyənin Ali Seçki Şurası prezident Recep Tayyip Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının (AKP) şikayəti əsasında 7 səs leyhinə, 4 səs əleyhinə olmaqla, müxalifət namizədi Ekrem İmamoğluna qələbə gətirmiş nəticələri ləğv edib.

Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu
Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu

Müxalif Cümhuriyyət Xalq PartiyasınIN (CHP) namizədi Ekrem İmamoğluna ötən ay İstanbul bələdiyyə rəisinin mandatı verilmişdi.

Lakin hakim AKP seçkilərin saxtalaşdırıldığı və hətta seçki cinayəti törədildiyinə dair çoxsaylı şikayətlər vermişdi.

İmamoğlunun qələbəsindən əvvəl son 25 ildə İstanbul bələdiyyəsinə hakim AKP nəzarət edirdi.

Ali Seçki Şurasının son qərarı AKP-ni yeni uğurlara həvəsləndirib. Türkiyə mediasının yazdığına görə, partiya rəsmiləri “Ankarada da ədalətin bərpa olunacağına” ümid edirlər.

Dövlət Departamentinin sözçüsü deyib ki, sağlam demokratiya Türkiyə və onun ABŞ kimi tərəfdaşlarının mənafeyinə xidmət etməklə yanaşı, müttəfiqləri sabit, firavan və etibarlı bir tərəfdaşla təmin edəcək.

Növbəti seçkilər iyun ayının 23-nə təyin edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG