Accessibility links

Ərdoğan kürd yaraqlılarını döyüşləri dayandırmağa çağırıb


Türkiyə baş nazir deyib ki, PKK-yə qarşı əməliyyatlar yalnız yaraqlılar silahı yerə qoyandan sonra dayana bilər

Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan Türkiyə təhlükəsizlik qüvvələrinin keçən ay ərzində keçirdiyi əməliyyatlar nəticəsində təxminən 500 kürd yaraqlısının ya ələ keçirildiyini, ya da qətlə yetirildiyini bildirib.

Baş nazir deyib ki, PKK-yə qarşı əməliyyatlar yalnız yaraqlılar silahı yerə qoyandan sonra dayana bilər.

Cənab Ərdoğan bu çağırışı Türkiyənin cənub-şərqində hökumət qüvvələri və PKK arasında toqquşmların artdığı bir vaxt edib. Kürd yaraqlıları olduğundan şübhələnilən döyüşçülərin Türkiyənin cənub-şərqində yol kənarında bomba partlaması nəticəsində 8 zabit həlak olub.

Bundan əvvəl kürdlərin siyasi partiyasının lideri tərəfləri atəşkəsə çağıraraq, tərəflər arasında dialoqa səsləyib.
XS
SM
MD
LG