Accessibility links

Türkiyə və Yunanıstan arasında ərazi mübahisələri səbəbindən gərginlik artır


Türkiyə və Yunanıstan arasında gərginlik artır
please wait

No media source currently available

0:00 0:03:22 0:00

Türkiyə və Yunanıstan arasında gərginlik artır

NATO üzvü olan Türkiyə və Yunanıstan arasında ərazi mübahisələri səbəbindən gərginlik artır. Bəzi təhlilçilər daxili siyasətin gərginliyi gücləndirdiyi barədə xəbərdarlıq edir və Ukrayna münaqişəsinə diqqət yetirən Qərb müttəfiqlərinin vasitəçilik səyləri göstərdiyinə dair az əlamət olduğunu deyir.

Ölkə boyu səfər edib millətçi təbili çalan Prezident Rəcəp Tayyib Ərdoğan Türkiyənin Yunanıstanın beynəlxalq müqaviləni pozaraq, hərbiləşdirdiyini iddia etdiyi Yunan adalarını işğal edə biləcəyi barədə xəbərdarlıq edib. Türkiyə prezidentinin müşaviri Mesut Casin: “Yunanıstan NATO üzvlüyünə uyğun olmayan avantürist mövqeyini dayandırmalı və qeyri-diplomatik diskursundan əl çəkməlidirır, çünki bu, Türkiyə cəmiyyətində böyük narahatlıq yaradır və “Yunanıstan Türkiyə ilə müharibə vəziyyətindədirmi” kimi sual yaradır. Üstəlik, bu, Türkiyədə ultramillətçi hisslər oyadır”.

Afina adaların hərbiləşdirilməsinin Türkiyənin hərbi təhdidlərinə cavab olduğunda israr edir.

Yunanıstanın hərbi əməkdaşlıq müqavilələri ilə yanaşı, ABŞ və Fransadan silah alaraq yenidən silahlanması proqramını həyata keçirdiyi vaxt Afina güclü qonşusuna qarşı durmağa hazır olduğunu bildirir. Təhlilçi Cengiz Aktar: “Biri Birləşmiş Ştatlarla, digəri isə Fransa ilə iki əsas razılaşma əlbəttə ki, Yunanıstan silahlı qüvvələrinin həm imkanlarını, həm də mənəvi ruh yüksəkliyini xeyli artırıb. Beləliklə, onlar özlərinə çox arxayındırlar”.

Hər iki lider gələn il yenidən seçilmək qarşısında olduqları üçün daxili siyasət Türkiyə ilə Yunanıstan arasında mövcud gərginliyin daha da artmasına gətirib çıxara bilər.

Türkiyənin yüz faizə yaxın inflyasiya ilə mübarizə aparması ilə Ərdoğan qarşısında çətin biri vəzifə durur, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis isə siyasi opponentləri ilə bağlı telefon dinləmələri qalmaqalı ilə əlaqədar çətin sınaqlarla üzləşir. Kadir Has Universitedindən Serhat Güvenc: “Bu qədər gərginlik çox güman ki, onlara ölkə daxilində yardım edəcək. Bu həddən kənara çıxmaq gözlənilməz nəticələrə səbəb ola bilər”.

Türkiyə ilə Yunanıstan arasında gərginlik yeni məsələ deyil. 1996-cı ildə iki ölkə kiçik, insan yaşamayan bir adaya görə müharibə həddinə çatmışdı. Vaşinqtonun müdaxiləsi bu böhranın qarşısını almışdı. Lakin təhlilçilər Rusiyanın Ukraynaya müdaxiləsi və Ərdoğanın Qərbi müttəfiqləri ilə gərgin münasibətlərini nəzərə alaraq, bu cür vasitəçilik səylərinin olmadığı barədə xəbərdar edirlər. Brookinqs Institutunundan Əsli Aydintaşbaş: “Həm Avropa İttifaqı, həm də Vaşinqtonun artıq Ankara və Ərdoğanla qarşılıqlı əlaqələrlə bağlı böyük problemləri var. Ona görə də onlar daha bir problemin olmasını istəmirlər”.

Bu ay Türkiyə və Yunanıstan Egey dənizində qaçqınların boğulmasında bir-birini günahlandırıb. Heç bir liderin geri çəkilməyə hazır olmaması və vasitəçiliyin olmadığı halda Egeydəki bu ölümlərin sonuncu olmaya biləcəyi ilə bağlı qorxular var.

XS
SM
MD
LG