Accessibility links

Türkiyədə fövqəladə vəziyyətin bərpası və kütləvi həbslər tənqid edilir


BMT-nin insan haqları üzrə baş komissarı Türkiyədə fövqəladə vəziyyətin bərpası və kütləvi həbsləri tənqid edib. Zeyd Rəad Əl-Hüseyn deyib ki, terrorla mübarizə insan haqları bahasına aparılmamalıdır.

"Həbslər və saxlanmalar stadartlara ziddir" - deyə Cenevrədə danışan nümayəndə bildirib.

Terrorla mübarizə insan haqları bahasına aparılmamalıdır

Türkiyənin mətbuat işçilərinin həbsi barədə Əl-Hüseyn bildirib ki, jurnalizm cinayət deyil, Bu, hökumətin dərin diqqətinə layiq olan bir sahədir.

Bu gün İstanbulda 1 May münasibəti ilə təşkil edilən yürüş zamanı onlarla insan həbs edilib. Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Keçən həftə Türkiyədə 4 minə yaxın ordu, dövlət qulluqçusu və jandarmeriya işçisi vəzifəsindən kənarlaşdırılıb. Bu, ötən il çevriliş cəhdi ilə əlaqələndirilir.

Türkiyə hökumətinin qəzetində onların 1227 nəfərinin Ədliyyə Nazirliyi, həbsxana mühafizəçisi, ziyalılar və Dini Məsələlər üzrə Nazirliyin işçiləri təşkil edir.

Çevriliş cəhdindən bəri 120 min adam işdən çıxarılıb, 40 min nəfər həbs edilib.


XS
SM
MD
LG