Accessibility links

Türkiyədə daha 35 nəfərin həbsinə göstəriş verilib


Türkiyədə daha 35 nəfərin həbsinə göstəriş verilib.

Onlardan 9-u jurnalistdir.

Onlar 2016-cı il iyulun 15-də ölkədə törədilən hərbi çevriliş cəhdinin təşkilində ittiham olunan ilahiyatçı Fətullah Gülen hərəkatı ilə bağlılıqda ittiham olunur.

Fətullah Gülen hazırda ABŞ-da yaşayır.

“Birgün” qəzetinin redaktoru da şübhəlilər arasındadır.

Dövlət informasiya agentliyinin məlumatına görə, o, “silahlı terrorçu qrupla” əlbir olmaqda ittiham olunur.

Polis şübhəlilərin evlərində axtarış əməliyyatları keçirib.

İstintaqın qənaətinə görə, onların hamısı “ByLock mesencer” vasitəsi ilə əlaqə saxlayırmış.

Türkiyədə çevriliş cəhdindən sonra 160-dan çox mətbuat orqanı bağlanıb, 150 mindən artıq adam işdən kənarlaşdırılıb, təxminən 50 min nəfər həbs edilib.

XS
SM
MD
LG