Accessibility links

BMT: Türkiyənin Suriyadakı hərbi əməliyyatları minlərlə insanı qaçmağa məcbur edib


BMT-nin qaçqın agentliyinin (UNHCR) bildirdiyinə götə, Türkiyənin Suriyanın şimal-şərq bölgəsində başladığı hərbi əməliyyatlardan iki həftə sonra minlərlə insan qaçmağa məcbur olub.

Bildirilir ki, yenicə açılmış Bardaraş düşərgəsinə 12 mindən çox insan sığınıb. 800-dən artıq adam Qavilan bölgəsində düşərgə salıb. Bu hər iki yer sərhədlərdən 150 km-lik məsafədə yerləşir.

Agentliyin sözçüsü Andrej Mahecicin dediyinə görə, hazırda İraq rəsmiləri ilə yeni qaçqınların ailələri ilə birləşdirilməsi məsələsi müzakirə edilir.

Oktyabrın 9-da Türkiyə öz sərhədlərinin terrorçulardan qorunması və Suriya ərazisində 32 kilometrlik təhlükəsizlik zonası yaradılması ilə bağlı sərhədboyu ərazilərdəki hərbi əməliyyatlara başlayıb.

Ankara həmin ərazidəki kürd hərbi birləşmələrini terrorçu hesab edir. Vaşinqton isə həmin silahlı kürd birləşmələrini "İslam Dövləti" ilə mübarizədə özünün müttəfiqi sayır.

Bu yaxınlarda ABŞ-ın qüvvələrini bölgədən çıxarılması kürdlər tərəfindən "xəyanət" kimi qiymətləndirilib.

UNHCR Türkiyənin əməliyyata başlamasından bəri 80 mini uşaq olmaqla, 180 min Suriya kürdünün evindən didərgin düşdüyünü bildirib. Onlarla mülki vətəndaş öldürülüb. 1.3 milyon insan humanitar yardıma ehtiyac duyur.

Qadın və uşaqların ciddi psixo-sosialoji yardıma ehtiyacı var.

XS
SM
MD
LG