Accessibility links

Türkiyə giriş qadağasından sonra Instagram rəsmiləri ilə görüşəcək


Nəqliyyat və İnfrastruktur naziri Əbdülkadir Uraloğlu X səhifəsindəki paylaşımda keçən həftə sosial media platformasına girişi bloklayandan sonra Türkiyə hökumətinin bazar ertəsi Instagram rəsmiləri ilə danışıqlar aparacağını bildirib.

Bu addım Türkiyənin yüksək səviyyəli rəsmisinin İnstaqram-ın Fələstinin HƏMAS silahlı qruplaşmasının lideri İsmayıl Haniyənin öldürülməsindən sonra başsağlığı mesajlarını bloklamaqda ittiham etməsindən sonra atılıb.

Uraloğlunun dediyinə görə, Türkiyə keçən həftə Instagram nümayəndələri ilə görüşdə Türkiyə qanunlarına uyğunluqla bağlı müəyyən həssaslıqlar ifadə edib.

Türkiyənin kommunikasiya rəsmisi Fəxrəddin Altun çərşənbə günü Haniyənin iyulun 31-də İranın paytaxtı Tehranda öldürülməsindən sonra başsağlığı mesajlarına qadağa qoyduğu üçün İnstaqram-ı "senzura" iddiası ilə tənqid edib.

İran və HƏMAS İsraili Haniyənin İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etdikdən bir neçə saat sonra ölümünə səbəb olan zərbəni törətməkdə günahlandırıb. İsrail məsuliyyəti öz üzərinə götürməyib.

Statista məlumat platformasına görə, Türkiyə İnstaqramdan istifadə baxımından dünyada 57 milyon istifadəçi ilə Hindistan, ABŞ, Braziliya və İndoneziyadan sonra beşinci yerdədir.

Forum

XS
SM
MD
LG