Türkiyənin Bursa şəhərində 13 nəfərin yaralanması ilə nəticələnən bomba hücumunda əli olan 12 nəfər həbs edilib.
Dövləyə məxsus Anadolu xəbər agentliyi həmin 12 nəfərin İstanbul, Bursa və digər iki şəhərdə nəzarət altına alındığını bildirib.
İntiharçı qadının bombanı Bursanın turistlərin çox olduğu tarixi məhəlləsindəki məscid yaxınlığında partlatdığı deyilib. Hücumun məsuliyyətini məsuliyyətini üzərinə götürən olmayıb.
Türkiyədə bu il bir neçə dəfə intiharçı bomba hücumları həyata keçirilib ki, onlardan ikisi İstanbulda, digər ikisi paytaxt Ankarada olub. İstanbul hücumlarının məsuliyyətini İslam Dövləti qrupu, Ankara hücumlarının məsuliyyətini isə kürd yaraqlı qrupu öz üzərinə götürüb.
Bundan əlavə, solçu qruplar da hücumlar həyata keçirib. Onların hədəfləri isə əsasən polis və təhlükəsizlik qüvvələri olub.
Bursa Türkiyənin dördüncü ən böyük şəhəridir.