Türkiyənin baş nazirinin korrupsiya ittihamları altında hakimiyyətdə qalmaq uğrunda mübarizəsi siyasi elitanın təməlini sarsıdıb.
Ötən həftəsonu Türkiyə parlamentində müzakirələr davaya çevrilib. Buna səbəb hakimlər və prokurorların təyinatında hökumətin rolunun genişləndirilməsinə dair qanun layihəsi olub. Müxalifət partiyaları irəli sürülən bu qanun layihəsini diqqətlərin korrupsiya qalmaqalından yayındırılması kimi qiymətləndirib.
Baş nazir Rəcəb Tayyip Ərdoğan isə korrupsiya ittihamlarının xarici qüvvələrin dəstəklədiyi bir böhtan zərbəsi olduğunu deyir. “Çox ciddi bir böhtan kampaniyası aparılır. Təəssüflər olsun ki, dövlətin tərkibində çevrilişə cəhd edən bir qrup formalaşıb.”
Keçən həftə Ankarada korrupsiyaya qarşı on min insanın iştirakı ilə etiraz aksiyası keçirilib.
Londonda yerləşən Royal Holloway Universitetindən təhlilçi Gül Berna Özcan ittihamların Türkiyənin iş dünyası ve hökumətin ən üst qatlarına aid olduğunu deyir.”İqtisadiyyat artdıqca korrupsiya da böyüyür. Hazırkı hökumətin korrupsiya indeksi birbaşa bələdiyyə xidmətləri,ərazi və şəhər planlaşdırılması, habelə özəlləşdirmə ilə əlaqəlidir.
Qalmaqal 3 nazirin istefasına yol açıb. Polis idarələrinin rəsmiləri ilə bərabər 350 polis zabiti işdən kənarlaşdırılıb. Onlarla insan nəzarət altına alınıb.
Təhlilçilərin firkincə, həbslər Fətulla Gülənin Hizmət hərəkatının tərəfdarlarını hədəf alıb.
Gül Berna Özcan Gülən hərəkatının həmrəylik platformasının iqtisadiyyatın yaratdığı münasibətlərə səhnə olduğunu deyir. Belə ki, onun tərəfdarları özəlləşdirmə və ərazilərlə bağlı razılıqlardan mənfəət əldə edib. Lakin Özcan onların indi sıxırıldığını düşünür.
Türkiyədə son on il ərzində illik iqtisadi artım 5.2 faiz təşkil edib. Bu, baş nazir Ərdoğanın 3 dəfə ardıcıl şəkildə hakimiyyətdə qalmasını təmin edib.
Londonun Chatham House təşkilatından Fadi Hakura deyir ki, 2011-ci ildən bəri iqtisadi artım azalmağa başlayıb.O, “piroq kiçildikcə, tərəflərin daha iri dilim əldə etmək həvəsinin artdığını və bunun mübarizəyə yol açdığını” deyir.
Korrupsiya qalmaqalı iqtisadiyyatı daha da zəiflədəcək.
Qanunun aliliyinin ciddi təhlükə altında olduğunu deyən ekspertlər hesab edir ki, investisiya qurumlarının hökumətin nəzarəti altınada olan ölkələrə yatırım edən olmayacaq.
Ərdoğan isə bu ittihamları rədd edərək, iddiaları onun sentyabr ayında prezident seçilməsinə mane olmaq cəhdi kimi qiymətləndirir.
Ötən həftəsonu Türkiyə parlamentində müzakirələr davaya çevrilib. Buna səbəb hakimlər və prokurorların təyinatında hökumətin rolunun genişləndirilməsinə dair qanun layihəsi olub. Müxalifət partiyaları irəli sürülən bu qanun layihəsini diqqətlərin korrupsiya qalmaqalından yayındırılması kimi qiymətləndirib.
Baş nazir Rəcəb Tayyip Ərdoğan isə korrupsiya ittihamlarının xarici qüvvələrin dəstəklədiyi bir böhtan zərbəsi olduğunu deyir. “Çox ciddi bir böhtan kampaniyası aparılır. Təəssüflər olsun ki, dövlətin tərkibində çevrilişə cəhd edən bir qrup formalaşıb.”
Təəssüflər olsun ki, dövlətin tərkibində çevrilişə cəhd edən bir qrup formalaşıb.Rəcəb Tayyip Ərdoğan
Londonda yerləşən Royal Holloway Universitetindən təhlilçi Gül Berna Özcan ittihamların Türkiyənin iş dünyası ve hökumətin ən üst qatlarına aid olduğunu deyir.”İqtisadiyyat artdıqca korrupsiya da böyüyür. Hazırkı hökumətin korrupsiya indeksi birbaşa bələdiyyə xidmətləri,ərazi və şəhər planlaşdırılması, habelə özəlləşdirmə ilə əlaqəlidir.
Qalmaqal 3 nazirin istefasına yol açıb. Polis idarələrinin rəsmiləri ilə bərabər 350 polis zabiti işdən kənarlaşdırılıb. Onlarla insan nəzarət altına alınıb.
Təhlilçilərin firkincə, həbslər Fətulla Gülənin Hizmət hərəkatının tərəfdarlarını hədəf alıb.
Gül Berna Özcan Gülən hərəkatının həmrəylik platformasının iqtisadiyyatın yaratdığı münasibətlərə səhnə olduğunu deyir. Belə ki, onun tərəfdarları özəlləşdirmə və ərazilərlə bağlı razılıqlardan mənfəət əldə edib. Lakin Özcan onların indi sıxırıldığını düşünür.
Türkiyədə son on il ərzində illik iqtisadi artım 5.2 faiz təşkil edib. Bu, baş nazir Ərdoğanın 3 dəfə ardıcıl şəkildə hakimiyyətdə qalmasını təmin edib.
Londonun Chatham House təşkilatından Fadi Hakura deyir ki, 2011-ci ildən bəri iqtisadi artım azalmağa başlayıb.O, “piroq kiçildikcə, tərəflərin daha iri dilim əldə etmək həvəsinin artdığını və bunun mübarizəyə yol açdığını” deyir.
Piroq kiçildikcə, tərəflərin daha iri dilim əldə etmək həvəsi artır və bu, mübarizəyə yol açır.Fadi Hakura