Accessibility links

Türkiyə İraqın vitse-prezidentini rəsmi Bağdada təhvil verməkdən imtina edib


Baş nazir Ərdoğan ölümə məhkum edilmiş Tariq Əl-Həşiminin istədiyi müddət Türkiyədə qala biləcəyini deyib

Türkiyə rəsmi Bağdad tərəfindən ölüm vəzasına məhkum olmuş İraqın axtarışda olan vitse-prezidenti Tariq Əl-Həşimini İraqa təhvil verməkdən imtina edib.

Baş nazir Rəcəp Tayyib Ərdoğan müxbirlərə deyib ki, Tariq əl-Həşimi istədiyi qədər Türkiyədə qala bilər və rəsmi Ankara onu İraqa ölümə göndərməyəcək.

Sünni olan Həşimi İraq məhkəməsində onun haqqında çıxarılan ölüm hökmünü şiə baş nazir Nuri Əl-Məliki tərəfindən siyasi qisas adlandıraraq qınayıb. Həşimi İraqın baş nazirini məhkəməyə təsir göstərməkdə ittiham edib.

İraqın kürd prezidenti Cəlal Talabani vitse-prezident vəzifəsinin boş qaldığını deyərək, Haşimi haqda çıxarılmış hökmün təssüf doğurduğunu bildirib. Cənab Talabani məhkəmənin qərarının İraqda milli birliyə nail olunması səylərini mürəkkəbləşdirə biləcəyini deyib.
XS
SM
MD
LG