Accessibility links

Türkiyə qüvvələri Suriyada 22 İŞİD yaraqlısını öldürüb

Suriyada İŞİD qüvvələrini hədəf alan Türkiyə ordusu hava hücumları nəticəsində 22 yaraqlının öldürüldüyünü bildirib.

Hərbi fəaliyyətlərini artıran Türkiyə ordusu Suriyanın şimalındakı üsyançılardan da dəstək alır. Ordu habelə bildirib ki, Rusiyada qırıcı təyyarəsi İŞİD-in nəzarətində olan türk qəsəbəsi Əl-Bab yaxınlığında qruplaşmanın hədəflərini məhv edib.

Türkiyənin "Fərat Qalxanı" adlanan hərbi əməliyyatı 4 ay əvvəl başlayıb və İŞİD yaraqlılarını Türkiyə sərhədlərindən kənarlaşdırmaq məqsədi daşıyır. Burada Türkiyə ordusunda hava və artilleriya yardımı alan Suriya Azad Ordusunun döyüşçüləri böyük rol oynayır.

Bununla yanaşı, Suriya müşahidəçiləri deyir ki, mülki vətəndaşlar ölkə paytaxtı ətrafındakı bir neçə kənddən qaçmağa başlayıb. Artıq 3 gündür hökumət qüvvələri ilə ötən həftənin atəşkəs razılığından kənarda qalan Əl-Qaidəyə bağlı cihadçılar arasında döyüşlər davam edir.

Barada Vadisi, Suriya
Barada Vadisi, Suriya

Dəməşq hökumətinin rəsmi xəbər agentliyi Barada Vadisindən də kütləvi köç olduğunu bildirib. Belə ki, 1300-ə yaxın insan Suriya ordusu və Rusiya müttəfiqlərinin hava və artilleriya hücumlarından daha təhlükəsiz ərazilərə qaçmağa çalışır.

Xatırladaq əldə olunmuş atəşkəs razılığına Barada Vadisi daxil edilməyib.

XS
SM
MD
LG