Accessibility links

Türkiyənin qırıcı təyyarələri ilk dəfə İslam Dövlətinin Suriyadakı mövqelərini hədəf alıb


Təyyarələr cümə günü gecə sərhədyanı bölgələrdə hücuma keçib

Türkiyənin qırıcı təyyarələri ilk dəfə olaraq ABŞ-ın başçılıq etdiyi koalisiya tərkibində İslam Dövlətinin Suriyadakı mövqelərini hədəf alıb. Təyyarələr cümə günü gecə qrupun hədə törətdiyi sərhədyanı bölgələrdə hücuma keçib.

Aylarla sürən yubanmadan sonra Türkiyə ötən ay İŞİD ekstremistlərinə qarşı hücuma keçməyə razılıq verib.


"Bizim qırıcı təyyarələrimiz koalisiya tərkibində Daeşin mövqelərini hədəf alıb. Terrorizmlə mübarizə Türkiyənin prioritetidir"-deyə Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Bəyanatda hansı mövqelərin hədəf alındığı barədə məlumat verilmir.

Türkiyənin hava hücumları ABŞ və Türkiyə rəsmilərinin texniki razılıq əldə etdiklərini açıqlamalarından sonra həyata keçirilib.

Razılıqda Türkiyə müştərək əməliyyatlarda tam iştiraka çağırılır.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG