Accessibility links

Ərdoğan: Heç bir ölkə ekstremistlərə qarşı mübarizədə Türkiyə qədər nailiyyətli olmayıb


Türkiyə prezidenti ölkəsinin hərbi qüvvələri tərəfindən İraq və Suriyada 3 min İŞİD yaraqlısının öldürüldüyünü bəyan edib.

Rəcəb Tayyib Ərdoğan heç bir ölkənin ekstremistlərə qarşı mübarizədə Türkiyə qədər nailiyyətli olmadığını vurğulayıb.

Balkan ölkələrinin ordu rəsmiləri qarşısında çıxış edən Ərdoğan Türkiyənin İslam Dövlətini dəstəklədiyini deyənləri tənqid edib.

Türkiyənin dövlət başçısı Türkiyə qədər heç bir ölkənin mübarizə aparmadığını deyib.

NATO-ya üzv olan Türkiyənin Amerikanın İŞİD-ə qarşı başçılıq etdiyi koalisya qüvvələrinə qoşulmaq istəməməsi ciddi tənqidlərlə qarşılanıb.

Bundan əlavə Türkiyə Avropaya qaçqın axınına mane olunması üçün sərhədlərini möhkəmləndirməməsinə görə də tənqid atəşinə tutulub.

Türkiyə isə Suriya sərhəd bölgələrinin müdafiəsi üçün Qərbin yardımına ehtiyac olduğunu bildirir.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG