Accessibility links

Ankarada 29 şübhəli İslam Dövləti (İŞİD) yaraqlısı saxlanılıb


Türkiyə polisi dekabrın 29-da Ankarada 29 şübhəli İslam Dövləti (İŞİD) yaraqlısını saxlayıb. Onlardan bəzilərinin Yeni İl şənlikləri zamanı hücumlar planlaşdırdıqları bildirilir.

Türkiyənin Anadolu dövlət xəbər agentliyinin məlumatına görə, şübhəlilərin saxlanması üçün keçirilən bir neçə reyddə 500 polis əməkdaşı iştirak edib.

Şübhəlilərin çoxunun başqa ölkələrin vətəndaşları olduqları bildirilir.

Bir gün öncə ölkəboyunca aparılan oxşar əməliyyatlarda polis 120 şübhəli İŞİD yaraqlısını saxladığını bildirib.

Bir il qabaq İstanbulda gecə klubunda Yeni il şənliyində bir silahlı 39 nəfəri güllələmişdi.

Qurbanlar içində Türkiyə vətəndaşları, bir sıra ərəb ölkələri, Hindistan və Kanadadan turistlər varıydı.

Həmin hücuma görə məsuliyyəti İŞİD üzərinə götürüb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG