Accessibility links

Netanyahunun hakimiyyətə qayıtması fonunda Türkiyə və İsrail ortaq nöqtələr tapır


Netanyahunun hakimiyyətə qayıtması fonunda Türkiyə və İsrail ortaq nöqtələr tapır
please wait

No media source currently available

0:00 0:02:54 0:00

Netanyahunun hakimiyyətə qayıtması fonunda Türkiyə və İsrail ortaq nöqtələr tapır

Təhlilçilər Netanyahu ilə Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan arasında əvvəllər gərgin münasibətlər nəzərə alınaraq xəbərdarlıq edirlər ki, noyabr seçkilərində qazandığı qələbədən sonra baş nazir seçilmiş Benyamin Netanyahunun hakimiyyətə qayıtması perspektivi Türkiyə-İsrail yaxınlaşmasının gələcəyi ilə bağlı suallar doğurur.

Benyamin Netanyahunun seçkilərdə qələbəsi və seçilmiş baş nazir təyin edilməsi Türkiyə-İsrail münasibətlərində istiləşmənin yarandığı vaxta təsadüf edir.

Netanyahunun əvvəlki hakimiyyəti dövründə o və Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan mütəmadi olaraq bir-birini təhqir edirdi. Qallia Lindenstrauss: "Bu iki lider arasında xüsusilə də 2018-ci ildəki normallaşma cəhdi kritik həddə çatdıqdan sonra onların arasında ritorikalar başladı. Lakin hər iki lider çox praqmatikdir. Onların hər ikisi artıq çoxdandır hakimiyyətdədir".

Ərdoğan Netanyahuya dərhal zəng edərək, onu seçkidə qazandığı qələbə münasibətilə təbrik edib. Hər iki tərəf söhbətin səmimi keçdiyini bildirib.

Tərəflərin İranla bağlı mövqeləri yaxındır. Hər iki lider İranın artan regional nüfuzu və Tehranın nüvə enerjisi proqramı ilə bağlı narahatlıqları bölüşür. Türkiyə prezidentinin müşaviri Mesut Casin: "Türkiyə ilə İsrail arasında münasibətlər böyük dəyişikliklərə məruz qalır. Bu, hər iki tərəf üçün faydalıdır. İsrailin İranla böyük problemləri var. Xüsusilə də cənab Netanyahu İranın nüvə silahına böyük şübhə ilə yanaşır".

"Onun sözlərinə görə (Netanyahu), onlar demək olar ki, nüvə qüvvsi [olmağa] hazırdırlar. Bu həm də Türkiyənin həyati maraqlarına ziddir. Bu, Yaxın Şərqdə güc balansının dağılması demək olacaq".

Netanyahunun bəzi analitiklərin fələstinlilərə qarşı sərt siyasət yürütdüyünü hesab etdiyi siyasi partiyaların dəstəyinə arxalanması, Ərdoğanın isə fələstinlilərə güclü dəstəyi nəzərə alınsa, potensial gərginlik nöqtəsi qalmaqdadır. Lakin Ankaranın prioritetləri dəyişə bilər. Brookings institutundan Əsli Aydintaşaş: "Əvvəllər ənənəvi olaraq Fələstin məsələsi Türkiyə və İsrail arasında münasibətlər üçün lakmus sınağı olub. Amma düşünürəm ki, indi başqa zamandır. Türkiyə İsrailin dəstəyinə ehtiyacı olduğunu, İsraillə strateji əlaqələr qurmalı olduğunu hiss edir".

Ərdoğanın İsraillə yaxınlaşması regionda əlaqələri yaxşılaşdırmaq üçün daha geniş siyasətin tərkib hissəsidir. Analitiklərin qeyd etdiyinə görə, bir çox ölkə liderləri Ərdoğanın Fələstin məsələsini güclü şəkildə dəstəkləməsindən narahat idi.

Hələlik Ankaranın prioriteti İsraillə enerjidən tutmuş müdafiəyə qədər əməkdaşlıqdır. "Türkiyə, deyə bilərəm ki, İsraillə birgə hərbi əməkdaşlıq qurmaq istəyir. Mən hərbi sahədə İsraillə işləmişəm. Türkiyə və İsraillə çox yaxşı müqavilələr bağlamışıq" deyə, Mesut Casin bildirir.

İsrail və Türkiyənin müdafiə sənayesi eyni bazarları paylaşır. Lakin thtlilçilərin fikrincə, iki lider arasında əvvəlki münasibətlər nəzərə alınsa, hər hansı əməkdaşlıq çox güman ki, ehtiyatlı olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG