Accessibility links

İstanbulun Bayrampaşa stansiyası yaxınlığında partlayış zamanı azı 5 nəfər yaralanıb


İstanbulda metronun yaxınlığında baş verən partlayış azı 5 nəfərin yaralanmasına, nəqliyyat sisteminin fəaliyyətinin dayanmasına səbəb olub.

İstanbul rəsmilərinin bildirdiyinə görə, əldəqayırma bomba axşam saatlarında Bayrampaşa stansiyası yaxınlığında partladılıb. İkinci partlayışın qarşısının alınması məqsədilə çevik polis dəstəsi səfərbər edilib, təcili yardım maşınları hadisə yerinə çatdırılıb.

Bəzi mətbuat xəbərlərində partlayışa bombanın, digərlərində isə elektrik tarnsformatorunun səbəb olduğu deyilir.

Oktyabr ayının 10-da Ankarada keçirilən dinc yürüş zamanı 100-dən çox insanın ölümünə səbəb olan intirahçı hücumlarından sonra Türkiyədə təhlükəsizlik tədbirləri gücləndirilib.

XS
SM
MD
LG