Accessibility links

İstanbul qrafitisi [Video]


İstanbul qrafitisi
please wait
Embed

No media source currently available

0:00 0:02:23 0:00

Türkiyənin ən böyük şəhəri İstanbul qadın rəssamların divar rəsmləri – qrafitiləri ilə də diqqəti cəlb edir. Türkiyədə artmaqda olan avtoritarizmə baxmayaraq, şəhər rəsmiləri qrafitiləri silmir, bəzən bu divar sənətini təşfiq etməyə çalışır.

Qəmzə Yalçın İstanbulun məşhir Tophane məhəlləsindəki qrafiti layihəsini başa çatdırmaq üçün səhər tezdən oyanır. “Mən bu divarda çox sayda rəsm çəkmişəm. Çəkdiyim rəsmləri vaxtaşırı dəyişirəm. Yəni bu divar elə bil mənimdir və mən bunu etməliyəm.”

Qəmzə son bir neçə il ərzində şəhərin bir hissəsini dəyişmiş olan grafiti sənətçiləri dalğasının üzvüdür. Bu rəssamların çoxu qadınlardır və layihədəki qadın obrazları Qəmzənin əsərlərində daha güclüdür. “Bu dünya üçün çox iş görmək lazımdır. Mən bir qadın kimi küçə rəssamı olduğuma görə çox xoşbəxtəm, çünki bu, güc və ilham verir” deyə, Qəmzə Yalçın bildirir.

Görünür insanlar da qrafiti sənətinə yüksək qiymət verir.

Şəhərin bir hissəsindəki qrafiti dalğasına şəhər rəsmiləri mənfi münasibət göstərmir. İstanbulun mərkəzində çox sayda polisin olmasına baxmayaraq, onlar da qrafiti sənətçilərinə mane olmur. Belə bir laqeydlik qrafiti rəssamlarının siyasətdən uzaq olmaları ilə bağlı ola bilər.

İstanbulun Asiya tərəfindəki Kadıköy bələdiyyəsi yerli və beynəlxalq qrafiti rəssamlarını məhəllə və bina divarlarını bəzəməyə dəvət edir.

Qrafiti sənətinin İstanbula nisbətən gec gəlməsinə baxmayaraq, ictimai ifadənin yaşamaqda olan bir neçə növündən biri olan bu sənət şəhərdə sürətlə yayılmaqdadır.

Türkiyədəki mövcud siyasi vəziyyət nəzərə alınmaqla, gənc rəssamlara şəhərə rəng gətirmələri üçün nadir bir fürsət verilib.

XS
SM
MD
LG