Accessibility links

Apellyasiya şikayəti təmin olunmayan beş türk jurnalist Liviya ilə bağlı xəbərlərə görə həbs edilir


Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) Türkiyədəki nümayəndəsi Erol Öndəroğlu kürd yaraqlılarına qarşı terror təbliğatı aparmaq ittihamı ilə məhkəməsi başlamazdan əvvəl İstanbul məhkəməsi qarşısında mətbuata açıqlama verərkən, 30 sentyabr 2021-ci il.
Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) Türkiyədəki nümayəndəsi Erol Öndəroğlu kürd yaraqlılarına qarşı terror təbliğatı aparmaq ittihamı ilə məhkəməsi başlamazdan əvvəl İstanbul məhkəməsi qarşısında mətbuata açıqlama verərkən, 30 sentyabr 2021-ci il.

Türkiyədə beş jurnalist Liviya xəbərləri ilə əlaqədar aldıqları həbs cəzasını çəkmək üçün yenidən həbsxanaya göndərilib. Belə ki, jurnalistlərin 2020-ci ildə Liviyada Türkiyə kəşfiyyat işçilərinin ölümünü işıqlandırmaları ilə bağlı hökmdən verdiyi apellyasiya şikayəti rədd edilib. Bu barədə məlumatı jurnalistlərin vəkili verib.

Beş jurnalist 2020-ci ilin sentyabrında kəşfiyyat fəaliyyəti ilə bağlı məlumat və sənədləri üzə çıxarmaqda günahlandırılır. Onlar haqqında istintaq aparılarkən müxtəlif bəhanələrlə 6 aya qədər həbsdə saxlanılıblar.

İttihamlar Prezident Rəcəb Tayyib Ərdoğanın 2020-ci ilin fevralında Türkiyənin Liviyada “bir neçə şəhidinin” olduğunu deməsindən qısa müddət sonra dərc olunan məqalələr və sosial media paylaşımları paylaşımları ilə bağlı olub.

Türkiyə Liviyanın beynəlxalq səviyyədə tanınmış Milli Barışıq Hökumətinə hərbi dəstək və təlimlər verib, eləcə də Xəlifə Haftarın rəhbərlik etdiyi Liviyanın şərq qüvvələrinin paytaxt Tripoliyə bir neçə ay davam edən hücumunu dəf etməyə kömək edib.

Jurnalistlərdən ikisi 2020-ci ilin sentyabrında 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Digər üç nəfər isə dörd il səkkiz ay müddətinə həbs edilib.

Onlar ittihamları rədd edərək, jurnalist kimi öz işlərini gördüyünü bildiriblər. Yanvarın 28-də apelyasiya məhkəməsi onların iddiasını rədd edib.

İttihama görə “Yeni Çağ” qəzetinin müxbiri Murat Ağırel Twitter-də Ərdoğanın şərhlərinə istinad edərək, adları və fotoları yayımlayıb kəşfiyyatçıların kimliyini açıqlayan ilk şəxsdir.

“Şəhid olan vətən övladlarına şəhidlik arzuladığım üçün yenidən həbsxanaya gedirəm... Susmayın, qorxmayın” - deyə, Murat Ağırel çərşənbə axşamı güc strukturlarına təslim olmazdan əvvəl tweet atıb.

İş üzrə vəkil Celal Ülgen jurnalistlərin peşə fəaliyyəti ilə məşğul olduqları üçün həbs edildiyini deyib və bu hökmləri “bütün cəmiyyətə yönəlmiş hədə-qorxu” adlandırıb.

Türkiyə dünyada jurnalistlərin ən çox həbs edildiyi ölkələr arasındadır.

Tənqidçilər deyir ki, Ərdoğan 2016-cı ildə dövlət çevrilişinə cəhddən sonra repressiyalarla məhkəmələrin və medianın müstəqilliyinə zərbə vurub. Rəsmilər məhkəmələrin müstəqil olduğunu və təhlükəsizlik riskləri səbəbindən həbslərin zəruri olduğunu deyirlər.

Türkiyə məhəmələri hökmlərlə bağlı ümumiyyətlə mediayaya məlumat vermir. Hökumət də çərşənbə axşamı bununla bağlı heç bir açıqlama verməyib.

XS
SM
MD
LG