Accessibility links

Türkiyə parlamenti konstitusiya islahatlarına dair qanun layihəsini təsdiq edib


Prezidentin hakimiyyət müddətini 2029-cu ilədək uzadacaq qanunun yekun təsdiqi bir neçə aydan sonra keçiriləcək ümumilli referendumla əldə ediləcək

Türkiyə parlamenti konstitusiya islahatlarına dair qanun layihəsini təsdiq edib. Prezidentin hakimiyyət müddətini 2029-cu ilədək uzadacaq qanunun yekun təsdiqi bir neçə aydan sonra keçiriləcək ümumilli referendumla əldə ediləcək.

Qanunvericilər sənədi 339 lehinə, 142 əleyhinə səslə təsdiq edib. Qanunun təsdiqi 550 üzlü parlamentin 330 səsini tələb edirdi.

Rəcəb Tayyib Ərdoğanın tərəfdarları sənədin ölkəyə sabitlik gətirəcəyini deyir, onun oppnentləri isə bunu avtoritar rejimə addım kimi qiymətləndirir.

Daha öncə arlament 18 maddəli sənədin ilk 7-ni ikinci səsvermədə təsdiq etmişdi.

İslahatlarla bağlı debatlar zamanı müstəqil qanunverici Aylin Nazlıaka əllərini podiuma zəncirləyərək, prezidentin səlahiyyətlərinin gücləndirilməsinə etirazını bildirib.

Hakim AKP partiyasından qanunverici etiraza güc tətbiq etməklə mane olub. Parlamentdə qarşıdurma yaşanıb.

Ədalət və İnkişaf Partiyasını dəstəkləyən millətçi MHP partiyası zəif koalisiya hökumətinin yaradılmasına mane olmaq üçün güclü idarəçiliyə ehtiyac olduğunu bildirir.

XS
SM
MD
LG