Türkiyənin təhlükəsizlik və kəşfiyyat orqanları İŞİD-in şəbəkələrini hədəf alıb. Məlumatı Amerikanın Səsinə adının açıqlanmasını istəməyən rəsmi bildirib.
"Nyu-Yorkda 39 nəfərin ölümü ilə nəticələnən hücumdan sonra Türkiyə ekstremist təşkilatlara qarşı olduqca sərt mövqedən çıxış edir. Türkiyə anti-İŞİD koalisyasının üzvü kimi İŞİD və digər terror təşkilatlara qarşı mübarizəsini davam etdirəcək"- deyə, rəsmi bildirib.
Terrorla mübarizə eksperti, keçmiş hüquq- mühafizə əməkdaşı Yesugay Aksakal Amerikanın Səsinə bildirib ki, Türkiyədə keçirilən bir sıra təhlükəsizlik əməliyyatından sonra İD özəkləri dağıdılıb və terror qruplaşmasının hücum törətmək imkanları ciddi şəkildə azalıb:
«Türkiyə kəşfiyyat məlumatlarını Qərb ölkələri ilə bölüşür. Bu, siyasi münasibətlərdən asılı deyil. Kəşfiyyat sahəsində əməkdaşlıq müxtəlif ölkələrdə terror aktlarının qarşısını almağa kömək edir».
Təhlükəsizlik eksperti Metekhan Demir-sə bildirib ki, bu il Türkiyədə İD üçün fəlakət ili olub:
«Təkcə son yarımildə Türkiyənin təhlükəsizlik qüvvələri İD-in 100 mühüm üzvünü tutub».
Ankaranın ötən ilin avqustundan bu ilin martınadək Suriyanın şimalında gerçəkləşdirdiyi «Fərat qalxanı» əməliyyatı İD-in böyük tələfat verməsinə yol açıb.
Ötən həftə Anadolu vilayətinin Konya şəhərində İslam Dövləti yaraqlılarını hədəfi bombardman edilib, 5 yaraqlı öldürülüb.
Son həftələr ərzində Türkiyənin 29 vilayətində İŞİD üzvü olduqlarından şübhələnilən 233 nəfər nəzarət altına alınıb.
İyulun əvvəlində İstanbulada 29 nəfər ələ keçirilib.
Türkiyə mətbuatının bildirdiyinə görə, ələ keçirilənlərin əksəriyyəti Türkiyədə silsilə hücumlar hazırlayan xarici vətəndaşlardır.
Türkiyənin Daxili İşlər Nazirliyi ölkə daxilində olan İŞİD-in xarci üzvlərinin siyahısını açıqlayıb.
Tunislilər siyahıda ön sırada yer alır. Daha sonra Səudiyyə Ərəbistanı, Qazaxıstan, Rusiya, Fransa və Belçika vətəndaşlarını adları sadalanıb.
Həmin hesabatda bildirilib ki, xarici döyüşçülər İŞİD sıralarına Suriya və İraqın müharibə zonalarından keçərək qatılmağa cəhd edir.