Accessibility links

PKK Türkiyədə bir ay əvvəl elan edilmiş atəşkəsi daha bir həftə uzadıb


Kürdüstan Fəhlə parrtiyası PKK yaraqlıları Türkiyədə bir ay əvvəl elan edilmiş atəşkəsin müddətinin daha bir həftə uzadıldığını bildirib. Müqəddəs Ramazan ayı elan edilmiş atəşkəsin müddəti bazar ertəsi bitirdi. PKK həmçinin Türkiyə hökumətini kürdlərin kürd dilində təhsil almasına imkan verməyə məcbur etməyə çalışaraq, bu gün yeni dərs il başlayan vaxt məktəblərin beş gün boykot edilməsini dəstəkləyir. Türkiyə uşaqları məktəbə yollamayan valiydenlər əleyhinə hüquqi qaydada ölçü götürməklə hədələyib. Bu gün məktəbə getməyib evdə qalan uşaqların sayı məlum deyil.

XS
SM
MD
LG