Accessibility links

PKK-nın hücumu nəticəsində 2 türk əsgəri və bir mühafizəçi həlak olub


Türkiyə təhlükəsizlik qüvvələrinin bildirdiyinə görə, kürd üsyançılarının bu gün ölkənin çənub-şərq bölgəsində zirehli maşını partlatması nəticəsində iki əsgər və bir mühafizəçi həlak olub.

Təhlükəsizlik rəsmiləri PKK üzvlərinin bombanı Şirnak vilayətində Araköy yaxınlığında yolda yerləşdirdiklərini bildirib.

Türkiyə ordusu ilə PKK arasında zorakılıqlar artıq bir neçə həftədir davam edir. İyul ayının 20-dən bəri PKK-nın hücumları nəticəsində Türkiyə təhlükəsizlik qüvvələrinin azı 18 üzvü həlak olub.

İki həftəyə yaxındır Türkiyənin hərbi təyyarələri kürd üsyançıların həm ölkə daxilində, həm də şimal bölgəsində İraqla sərhəddəki mövqelərini bombalayır.

İraqın Kürdüstan regionunun prezidenti Məsud Barzani bu həftə hər iki tərəfi sülh prosesini bərpa etməyə çağırıb. O, PKK-nın İraq Kürdüstanını tərk etməli olduğunu deyib və Türkiyənin hava hücumlarını tənqid edib.

Məsud Barzaninin Kürdüstan Demokratik Partiyası ilə PKK arasında tez-tez mübahisələr baş versə də, PKK üsyançılarının İraq ərazisində ucqar dağlıq bölgələrdə sığınacaq tapmasına imkan verilir.

XS
SM
MD
LG