Türkiyədə inflyasiya tüğyan etdiyi bir vaxt prezident şənbə günü əsas ərzaq məhsullarına əlavə olunan vergiləri 7 faiz azaldacağını açıqlayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, ərzaq məhsullarının əlavə dəyər vergisi 8 faizdən 1 faizə endiriləcək. Onun qərarı Rəsmi Qəzetdə dərc olunacaq və bazar ertəsi qüvvəyə minəcək.
Ərdoğan deyib ki, hökumət vergi endirimindən əlavə ərzaq şirkətlərinin qiymətlərini 7 faiz azaltmalarını “gözləyir.” O bildirib ki, bu ərzaqlar inflasiyada böyük rol oynayır.
Yanvar ayına olan rəsmi məlumatlar illik inflyasiyanın 48.69 faizə çatdığını göstərir. Lakin müstəqil ekspertlər bu rəqəmin 115 faizdən çox olduğunu deyir.
“Biz inflyasiyanın xalqımızı əzməsinə imkan verməyəcəyik,” Ərdoğan deyib.
Ancaq tənqidçilər deyir ki, ölkə Ərdoğanın faiz dərəcələrini endirməkdə israrlı olması səbəbindən yüksək inflyasiyadan əziyyət çəkir. O, kök salmış iqtisadi nəzəriyyələrə zidd olaraq, inflasiyaya yüksək faiz dərəcələrinin səbəb olduğuna inanır.
Müstəqilliyi hökumət tərəfindən dağılan mərkəzi bank sentyabr ayından etibarən uçot dərəcəsini 500 bənd aşağı salaraq 14 faizə endirib, ancaq yanvar ayında uçot dərəcəsini salmağı dayandırıb. Valyuta böhranı uçot dərəcəsinin aşağı salınması ilə başlayıb və dekabr ayında türk lirəsi rekord həddə çatıb. Türkiyə xammal və bir çox ərzaq ehtiyatları ilə yanaşı enerji ehtiyaclarını da qarşılamaq üçün idxala arxalandığı üçün qiymətlər sürətlə artıb.
Bu həftə bir dollar 13.49 lirəyə bərabər olub. Dekabr ayında isə bu rəqəm rekord 18.36-a çatmışdı.
Ərdoğanın Xəzinə və Maliyy Naziri Nürəddin Nebati insanları “yastıqlarının altında saxladıqları” qızılları maliyyə sisteminə daxil etməyə təşviq etmək üçün addımlar açıqlayıb. O deyib ki, martın 1-də dəyərli metalı depozit olaraq maliyyə sisteminə inteqrasiya etmək üçün qızılları atmaq üçün 1500 nöqtə fəalliyət göstərməyə başlayacaq.
O əlavə edib ki, insanlar istəsələr qızıllarını fiziki formada geri çəkə biləcəklər.