Accessibility links

Türkiyədə 3 günlük matəm elan edilib (Yenilənib)


Bu gün Türkiyənin paytaxtı Ankarada minlərlə insan Türkiyə hökumətinə qarşı nümayiş keçirərək, hökumət əleyhinə şüarlar səsləndirib. Dünən həayata keçirilən iki bomba hücumu zamanı 95 adamın ölümünə etiraz edən kütlə hadisə baş verən yerlərə güllər qoyub. Onlar polis tərəfindən mühasirəyə alınıb.

Türkiyədə kürdlərin dinc nümayişindən bir neçə saat əvvəl paytaxt Ankaranın əsas dəmir yolu dayanacağında baş verən iki güclü partlayış nəticəsində 95 nəfər həlak olub, 246 insan yaralanıb.

Partlayışlar paytaxtın Ulus rayonunun dəmir yol dayanacağının əsas çıxış qapısında baş verib. Ölənlətin çoxunun işçi və vətəndaş cəmiyyəti qrupları tərəfindən təşkilat olunan nümayişə qatılmağa çalışan adamlar olduğu ehtimal edilir.

Hücumun məsuliyyətini üzərinə götürən olmasa da, onların İŞİD və ya PKK əleyhinə olan millətçilər tərəfindən həyata keçirildiyinə dair fikirlər mövcuddur.

Hücumların dinc nümayişlər öncəsi həyata keçirilməsi regionda təhlükəslik vəziyyətinin mürəkkəb olduğunu bir daha xatırladır

​Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan hücumları qınayaraq, onların ölkədə sabitlik və birliyə hücum kimi qiymətlərib. Prezident gün ərzində planlaşdırılan təhlükəsizlik rəsmiləri ilə görüşlərini təxirə salıb.

ABŞ prezidenti Barak Obama Türkiyənin xarici işlər naziri Əhməd Davutoğluna rəsmi başsağlığı ünvanlayıb.

Ağ Evin bəyanatında deyilir ki, ABŞ terrorizmlə mübarizədə Türkiyənin həmrəyliyi dəstəkləyir.

ABŞ hücumları kəskin pisləyib. Milli Təhlükəsizlik Şurasının sözçüsü Ned Prays deyib ki, hücumların dinc nümayişlər öncəsi həyata keçirilməsi regionda təhlükəslik vəziyyətinin mürəkkəb olduğunu bir daha xatırladır.

​Davutoğlu Türkiyənin terrora qarşı mübarizədə birliyə səsləyərək, ölkədə 3 günlük matəm elan edib.

Hakim Ədalət və İnkişaf Partiyasından qanunvericilər Twitter və digər sosial mediada hücumun separatist kürdlərin əməli olduğunu deyərək, bunu seçkilər öncəsi hökumətin nüfuzuna xələl gətirmək üçün provokasiya adlandırıb.

PKK tərəfdarları isə hücumların məsuliyyətini AKP və Kəşfiyyat Xidmətinin daşıdığını deyir.

XS
SM
MD
LG