Accessibility links

Türkiyədə 220-dən çox adamın məhkəməsi başlayıb


26 sabiq general da daxil edilməklə, bu gün Türkiyədə 220-dən çox adamın məhkəməsi başlayıb. Onlar ötən iyul ayı çevriliş cəhdində ittiham edilir.

Müttəhimlər arasında hava qüvvələrinin komndiri, general Akın Öztürk də yer alır.

Türkiyə çevrilişin arxasında Amerikada yaşayan din xadimi Fətullah Gülənin durduğunu iddia edir.

Prezident Rəcəb Tayyib Ərdoğan 2016-cı ilin hərbi çevriliş cəhdindən sonra Türkiyədə elan edilən fövqəladə vəziyyəti rəsmən uzadıb. O bildirib ki, fövqəladə vəziyyət ölkədə “firavanlıq və sülh” bərqərar olana qədər qüvvədə qalacaq.

Ərdoğan şənbə günü on minlərlə dəstəkçisi və iqtidarda olan AKP partiyasının üzvləri qarşısında çıxış edib. Partiya öz həmtəsisçisi olan Ərdoğanı yenidən sədrlik vəzifəsinə qaytarıb.

Fövqəladə vəziyyət Ərdoğana və onun kabinetinə fərmanları parlamentin təsdiqi olmadan imzalamağa imkan verir.

Türkiyədə 47 min adam həbs edilib, 100 mindən çox insan işindən kənarlaşdırılıb.

XS
SM
MD
LG