Accessibility links

Türkiyə Avropanın ən böyük hərbi dəniz güclərindən biri olmaq istəyir


Türkiyə Avropanın ən böyük hərbi dəniz güclərindən biri olmaq istəyir
please wait

No media source currently available

0:00 0:03:13 0:00

Türkiyə Avropanın ən böyük hərbi dəniz güclərindən biri olmaq istəyir

Türkiyə Avropanın ən böyük hərbi dəniz güclərindən biri olmaq üçün donanmasını əhəmiyyətli dərəcədə genişləndirməyə çalışır. Bu, onun bəzi qonşularını narahat edir. Lakin Ankara bunun müdafiə xarakteri daşıdığı və Türkiyənin artan regional öhdəliklərinə uyğun olduğunda israr edir.

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan bu yaxınlarda Türkiyənin ən yeni sualtı qayığını istismara buraxıb.

Bu, helikopter daşıyıcısı, yeni freqatlar və yeni inşa edilən bir çox döyüş gəmiləri ilə yanaşı, Ərdoğanın Türkiyə donanmasını Avropanın ən böyük donanmalarından birinə çevirmək cəhdinin bir hissəsidir. Kadir Has Universitetindən Serhat Güvənc: "Bu, Ərdoğanın Qətərdən tutmuş Somali və Liviyaya qədər xarici təsir imkanları kimi siyasi gündəminə xidmət edir. Hərbi dəniz qüvvələri üçün bu, ölkənin müdafiəsində daha böyük rol deməkdir və artıq təkcə ərazinin müdafiəsi deyil, ölkənin xaricdən irəli gələn müdafiəsi kimi müəyyən edilir".

Türkiyənin Qətər, Liviya və Somalidə hərbi bazaları və onlarla hərbi-dəniz müqavilələri var.

Ankara bildirir ki, hərbi-dəniz donanmasının genişləndirilməsi artan regional təhdidlərə qarşı mübarizə və NATO öhdəliklərinin yerinə yetirilməsinin bir hissəsidir. Prezidentin müşaviri Məsut Casin: "Hazırkı mənzərəyə, Türkiyə ətrafında Qara dənizdə, Aralıq dənizində, həmçinin Qırmızı dənizdə bütün bu münaqişələrə nəzər saldıqda nəticədə deyə bilərik ki, Türkiyənin indiki modernləşdirilməsi təbii ki, NATO və Qərb müttəfiqlərinin təhlükəsizliyi üçün faydalıdır. Nəhayət, bu, enerji təhlükəsizliyi və naviqasiya azadlığını gücləndirir".

Lakin Türkiyənin dənizdə artan qüdrəti Egey və Aralıq dənizlərində bir sıra ərazilərlə bağlı mübahisələri olan qonşusu Yunanıstanda narahatlıq yaradıb.

İsrail də Türkiyənin hərbi-dəniz donanmasının genişlənməsindən və hərbi dronların Türkiyənin nəzarətində olan Kiprin şimalında yerləşdirilməsindən narahatlığını ifadə edir.

Milli Təhlükəsizlik Araşdırmaları İnstitutundan Qaliya Lindenştraus: "Düşünürəm ki, Şimali Kiprdə hərbi dəniz və hərbi qüvvələrin daha çox mövcudluğu, Şimali Kiprdə dron bazasısının yerləşdirilməsi, bunların bəziləri İsrailə qarşı yönələcək və bu, yenidən birbaşa qarşıdurmanın olacağı demək deyil, lakin bu, İsrail ordusunun nəzərə almalı olduğu bir şeydir."

Yunanıstan da Türkiyədən təhlükəni əsas gətirərək, Hərbi Dəniz Qüvvələrini modernləşdirir.

Türkiyəli təhlilçilər deyirlər ki, Ankara İsrailin Aralıq dənizinin şərqində artan mövcudluğundan narahatdır.

Kadir Has Universitetindan Serhat Güvənc: "Bu, qapalı bir dairədir, çünki Türkiyə ortaya çıxan təhlükələrə cavab olaraq yeni donanma qurdu. İndi isə onun qonşuları Türkiyənin qurduğu hərbi-dəniz donanmasının təhdidləri ilə üz-üzədir. Biz bunu silahlanma yarışları adlandırırıq və silahlanma yarışlarının təəssüf ki, sonu yaxşı olmur."

Türkiyənin gəmiqayırma zavodları ölkənin artan tələblərini ödəmək üçün var gücü ilə işləyir və təhlilçilərin fikrincə, bu, Ankaranın niyyətləri ilə bağlı qonşusunun qorxu və şübhələrini daha da artıracaq.

Forum

XS
SM
MD
LG