Accessibility links

Türkiyəli deputatlar həbsdə olan müxalifətçi deputatla bağlı müzakirələr zamanı əlbəyaxa dava edib


Cümə günü Türkiyə parlamentində hökumət əleyhinə etiraz aksiyalarının təşkilində ittiham olunaraq həbsdə edilən, lakin millət vəkili seçilən həmkarı Can Atalayın məclisə buraxılmasını tələb edən müxalifət deputatının hücuma məruz qalması yumruq davasına çevrilib.

Video görüntülərdə hakim Ədalət və İnkişaf Partiyasının millət vəkillərinin kürsüdəki Əhmət Şıkı döyməyə başladığı, digər onlarla millət vəkilinin davaya qoşulduğu, bəzilərinin isə dalaşanları ayırmağa çalışdığı əks olunub. Məruzəçinin tribunasının ağ pillələrinə qan sıçrayıb.

Atalay 2013-cü ildə hazırda həbsdə olan xeyriyyəçi Osman Kavala və daha 6 nəfərlə birlikdə ümummilli Gəzi Parkı etirazlarını təşkil edərək, hökuməti devirməyə cəhddə ittiham olunub. O, 2022-ci ildə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Həbsdə olmasına baxmayaraq, Atalay Türkiyə Fəhlə Partiyasını (TİP) təmsil etmək üçün parlamentə keçən ilin may ayında seçilib. Parlament onu mandatdan məhrum etsə də, avqustun 1-də Konstitusiya Məhkəməsi onun xaric edilməsini etibarsız elan edib.

Şık Ədalət və İnkişaf Partiyasının millət vəkillərinə müraciət edərək, "Sizin tərəfinizdən olmayan hər kəs kimi Can Atalayı da terrorçu adlandırmağınıza təəccüblənmirik. Ancaq ən böyük terrorçular burada oturanlardır" deyib.

Parlament sədrinin müavini yumruq davasından sonra 45 dəqiqəlik fasilə elan edib.

Türkiyə Fəhlə Partiyası, həmçinin Atalayın həbsdən azad olunmasını istəyib.

Türkiyə parlamentində dava-dalaşlar qeyri-adi bir şey deyil. İyun ayında kürd tərəfdarı Xalqların Bərabərlik və Demokratiya Partiyasındən Türkiyənin cənub-şərqindəki bələdiyyə sədrinin militantlarla əlaqəsi olduğu iddiası ilə vəzifəsindən kənarlaşdırılaraq, saxlanılmasından sonra Türkiyə Fəhlə Partiyasının millət vəkilləri ilə həmin partiyanın millət vəkilləri arasında mübahisələr olub.

Forum

XS
SM
MD
LG