Accessibility links

Türkiyədə sursat anbarında partlayış baş verib


25 adamın ölümü ilə nəticələnən insidentin terror hücumu olmadığı deyilir

Türkiyənin qərbində sursat anbarında baş vermiş partlayış 25 əsgərin ölümünə və dördünün yaralanmasına səbəb olub.

Meşə təsərrüfatı və su naziri Veysəl Əroğlu partlayışın dünən axşam saatlarında Afyonqaraysar şəhərində əl qumbaralarının saxlandığı bölmədə baş verdiyini deyib.

Əsgərlərin cəsədlərinin hissələri bu gün səhər partlayışdan yaranmış yanğın söndürüldükdən sonra aşkar edilib.

Əroğlu hadisənin terrorçu hücumu olmadığını və hadisənin təsadüfən baş verdiyini deyib.

Fərdi NTV telekanalı cəsədlərin hələlik müəyyən edilmədiyini və cəsədlərin hissələri üzərində DNK test aparılması üçün Ankaradakı hərbi bazaya göndəriləcəyini bildirib.
XS
SM
MD
LG