Accessibility links

PKK Türkiyədəki silahlı dəstələrinin çıxarılmasını dayandırdı [Təhlil]


Kürdüstanın Fəhlə Partiyası (PKK) Türkiyədəki silahlı dəstələrinin ölkədən çıxarılmasını dayandırdığını bəyan edib. Kürdlərin üsyançı qrupu Türkiyə hökumətini kürdlər məsələsində islahatlarla bağlı verdiyi vədə əməl etməməkdə ittiham edir.

Vebsayt vasitəsilə açıqlama verən PKK silahlı dəstələrin Türkiyədən qonşu İraqdakı bazasya köçürülməsi prosesini dayandırdığını bildirib. Üsyançı qrup Türkiyə hökumətinin sülh şəraitində heç bir demokratik islahat aparmadığını deyib.

Sülh prosesi bu ilin əvvəllərində, Ankaranın həbsxanada olan PKK lideri Abdulla Öcalanla danışıqlara başlamasından bəri davam edirdi. Türkiyə hökuməti isə islahatlara ölkədə olan 3 minə yaxın yaraqlının ölıkədən çıxarılmasından sonra başlayacağını deyir.

PKK atəşkəsə riayətin davam ediləcəyini bildirib. Kürdlərin Sülh və Demokratiya Partiyasının deputatı Əhməd Tan kürdlərin öz etirazlarını dinc vasitələrlə həyata keçirəcəklərini deyir. Cənab Tan deyir ki, hökumətin vədləri yerinə yetirməməsinə etiraz silahla deyil, nümayişlərlə, yürüşlərlə və baykotlarla bildiriləcək.

İyun ayında baş nazir Rəcəp Təyyib Ərdoğan onun ölkəni avtoritar üsullarla idarə etdiyini deyən yüz minlərlə adamın qatılıdığı nəhəng etiraz dalğası ilə üzləşdi. Bu aksiyalar Türkiyə hökumətininin nüfuzuna böyük zərbə endirdi. Müşahidəçilər cənab Ərdoğanın kürdlərlə bağlı heç bir islahat həyata keçirmək fikrində olmadığını deyirlər.

Gələn il Türkiyədə president seçkiləri keçiriləcək. PKK-nın tələb etdiyi islahatlar paketinə ana dilində təhsil və ümummilli əfvə daxildir ki, baş nazir bunlara qarşı çıxır.
Türkiyənin Milliyyət qəzetinin yazarı Əsli Aydıntaşbaş deyir ki, kürdlərin kütləvi etirazları hökumətə hədə ola bilər. “Kürdlər ölkənin şərqində bir-iki nümayiş keçirməklə Türkiyə hökumətinə bunu edə biləcəklərinə işarə verəcək və bu da hökumətin yenidən danışıqlar masasına qayıtmasına gətirib çıxaracaq. Çünki hökumət nə İstanbulda, nə də digər böyük şəhərlərdə daha bir sənhə açılmasını istəməz.”
Döyüşlərin bərpa ediləcəyi etimalı azdır. İastanbulun Kadir Həs Universitetinin Beynəlxalq Əlaqələr üzrə professor Soli Özəl qarşıdan gələn qışın kürdlərin döyüşləri bərpa etməsinə çətinliklıər törədəcəyini deyir. "Artıq oktyabrın ortasında yeni hücumlara qayıtmaq gec olacaq. Bu vəziyyət ən azı Novruz bayramına qədər davam edəcək. Bundan sonra, əgər doğrudan da heç bir irəliləyiş olmasa, yəqin ki, hücumlar, zorakılıqlar başlayacaq. Lakin fikrimcə o vaxta qədər PKK hücuma keçməyəcək.”

Hər il, mart ayının 21-də qeyd edilən Novruz bayramı PKK hücumlarının başlanması ilə müşayiət olunur. Hazırda isə kürd liderlər məsələni dinc nümayişlərlə həll etmək istəyirlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG