Accessibility links

Human Rights Watch: Türkiyə təhlükəsizlik qüvvələrinə nəzarət etməlidir


Human Rights Watch Türkiyəni təhlükəsizlik qüvvələrinə nəzarət etməyə və son aylar polis əməliyyatları zamanı dinc vətəndaşların öldürülməsinə dair istintaq aparılmasına çağırıb.

İnsan haqlarının müdafiəsi təşkilatının bildirdiyinə görə, iyul ayından bəri 15 nəfərin ölümü sənədləşdirilib. Yerli təşkilatlar isə bu müddət ərzində 100-dən çox adamın öldürüldüyünü bildirir.

Türkiyə hökuməti təhlükəsizlik qüvvələrini cilovlamalı, gücdən qeyri-proporsional tətbiqə son qoymalı, əməliyyatlar zamanı ölənlər və yaralananlarla bağlı təhqiqat aparmalıdır

Türkiyənin silahlı qüvvələrinin cənub-şərqi bölgədə PKK yaraqlılarına qarşı mübarizəni intensivləşdirməsi ilə ikillik atəşkəs pozulub. Prezident Rəcəb Tayyib Ərdoğan son yaraqlı məhv edilməyənədək mübarizənin davam etdiriləcəyinə vəd verib.

Human Rights Watch Türkiyənin bəzi məhəllələrdə kommendant saatı tətbiq və insanların su, elektrik və ərzaq mallarından məhrum etdiyini bildirir.

"Türkiyə hökuməti təhlükəsizlik qüvvələrini cilovlamalı, gücdən qeyri-proporsional tətbiqə son qoymalı, əməliyyatlar zamanı ölənlər və yaralananlarla bağlı təhqiqat aparmalıdır" –deyə təşkilatın Türkiyə üzrə araşdırmaçısı Emma Sinkleyr-Uebb bildirib.

"Kürdlərin sıx məskunlaşdığı bölgədə baş verənlərə göz yummaq və məhəl qoymamaq kürd yaraqlılarına qarşı mübarizədə limit və qanunların olmamasını sübut edir."

Human Rights Watch kürd yaraqlılarını sərgərlər qazılması, bombalar yerləşdirilməsi və barrikadalar qurulmasına son qoymağa çağırıb. Təşkilat beləliklə qarşıdurmalar zamanı yaralananlara tibbi yardımların yolunun kəsildiyini deyir.

HRW bildirir ki, Türkiyənin özünü silahlı qruplaşmalardan qoruma haqqı var. Lakin hökumət ərazidə yaşayan dinc əhaliyə ehtiram nümayiş etdirməlidir.

Türkiyə, ABŞ, Avropa İttifaqı Kürdüstan Fəhlə Partiyası-PKK-nı terrorçu təşkilat hesab edir. 1984-cü ildən bəri Türkiyə ilə PKK arasında münaqişə 40 mindən çox insan həyatı bahasına başa gəlib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG