Accessibility links

Türkiyədə bir neçə hücum həyata keçirilib


Türkiyə rəsmiləri bildirir ki, Türkiyənin cənub-şərqində kürd üsyançılarının qoşa hücumu zamanı azı səkkiz nəfər həlak olub.

Kürd Fəhlə Partiyasından olan üsyançıların Mardin vilayətinin Qızıltəpə şəhərində yol kənarına yerləşdirdikləri bombanı işə salması nəticəsində üç nəfər ölüb və beşi uşaq olmaqla, təxminən 25 nəfərin yaralanmasına səbəb olub.

Eyni zamanda Diyarbəkir şəhərinin tarixi hissəsində polisi hədəf alan avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində azı 5 mülkü vətəndaş ölüb, 12-si yaralanıb.

Hər iki bomba hücumunun polis avtomobillərini hədəf almasına baxmayaraq, ölənlər əsasən mülkü vətəndaşlar olub.

Bundan başqa PKK-nın bir neçə saat fərqlə İraqla sərhəd bölgədə törətdiyi digər partlayışda dörd əsgər ölmüş, doqquz əsgər isə yaralanmışdır.

Anadolu xəbər agentliyinə istinadən ötən il PKK-a ilə münaqişə yenidən vüsət aldıqdan bəri 600-dən çox türk təhlükəsizlik işçisi və minlərlə PKK yaraqlısı öldürülüb. İnsan Haqları Qrupunun bildirdiyinə görə, yüzlərlə mülkü vətəndaş hücumlar nəticəsində ölüb.

XS
SM
MD
LG