Accessibility links

İstanbulun Kadıköy meydanına toplaşan minlərlə insana qarşı zor tətbiq edilib


Türkiyə polisi hökumətə qarşı etiraz nümayişlərinə çıxan minlərlə insana qarşı gözyaşardıcı qazdan və suvuran maşınlardan istifadə edib.

İstanbulun Kadıköy Meydanına toplaşan insanlar baş nazir Rəcəp Tayyib Ərdoğan hökumətinin istefasını tələb edib. Nümayişçilər hökumətin inşaat planları və nazir oğulları da daxil edilməklə, məmurların həbsi ilə nəticələnən korrupsiya skandallarına etirazlarını bildirib.

Ərdoğan korrupsiya ilə bağlı qalmaqalı pisləyərək, bunun "qara alyans" olduğunu deyib və bu işdə əli olanların cəzalandırılacağını bildirib.

Bundan əvvəl bütün ölkə boyu Ərdoğan hökumətinə qarşı üç həftə davam edən nümayişlər zamanı 6 nəfər ölmüş, 8 minə qədər insan yaralanmışdı.
XS
SM
MD
LG