Accessibility links

Seçkilər ərəfəsində insanların ölümünə səbəb olan daşqınlardan sonra Ərdoğana təzyiqlər daha da artıb  


Çərşənbə günü Türkiyənin zəlzələ bölgəsində çadırlarda və konteyner evlərdə yaşayan azı 14 nəfərin ölümünə səbəb olan daşqınlar seçkilər ərəfəsində prezident Rəcəp Tayyib Ərdoğana təzyiqləri daha da artıqıb.

Rəsmilər keçən ay 7,8 bal gücündəki zəlzələdən zərər çəkmiş ərazilərdəki küçələri palçıqlı çaylara çevirən suların bir neçə nəfəri də apardığını bildirib.

Fevralın 6-da baş verən təbii fəlakətdə Türkiyədə 48 mindən çox, Suriyada isə 6 minə yaxın insan ölüb ki, bu, müasir dövrdə regionun ən ölümcül hadisəsi olub.

Türkiyənin cənub-şərqindəki 11 vilayəti əhatə edən təbii fəlakət bölgəsində zəlzələdən sağ çıxan yüz minlərlə türkiyəli çadırlara və konteyner evlərə köçürülüb.

Türkiyə rəsmilərinin dediyinə görə, Suriya sərhədindən təxminən 50 kilometr şimalda yerləşən Şanlıurfada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 12 nəfər ölüb.

Yaxınlıqdakı Adıyamanda da biri 1 yaşlı uşaq olmaqla, 2 nəfər ölüb, 5 nəfər itkin düşüb.

Görüntülərdə suların avtomobilləri sürüyüb apardığı və zəlzələ qurbanları üçün qurulmuş müvəqqəti yaşayış yerlərini su basdığı əks olunub.

Videolardan birində bir kişinin mebel parçasının yanında dalğalanan sularda yardım istədiyini görmək olub. Onun taleyi naməlum olaraq qalır.

Digər görüntülərdə insanların qurbanları sudan taxtalar və kəndirlə çıxardığı əks olunub.

Şanlıurfa valiliyi selin bölgənin əsas xəstəxanalarından birinin birinci mərtəbəsinə də dolduğunu bildirib.

Mayın 14-də çətin yenidən seçki ilə üzləşən Ərdoğan hökuməti hakimiyyətdə olduğu 20 ilinj ən böyük təbii fəlakətinə görə ictimaiyyətin qəzəbli reaksiya ilə üzləşir.

XS
SM
MD
LG