Türkiyənin aparıcı müxalifət partiyasının lideri Deniz Baykal internetdə qadın millət vəkili ilə bir yerdə olduğu göstərilən video nümayiş etdirildikdən sonra istefa verib.
Cumhuriyyət Xalq partiyasının lideri Deniz Baykal video kaseti ona qarşı qəsd kimi qiymətləndirib və deyib ki, bu, təkcə ona deyil, onun partiyasının demokratiya uğrunda mübarizəsinə qarşı yönəlib.
Bu gün keçirdiyi mətbuat konfransı zamanı Deniz Baykal həmçinin deyib ki, kasetin hökumət onun partiyasının əleyhinə çıxdığı konstitusiyaya islahatları qəbul etməyə hazırlaşdığı vaxt açıqlanması təsadüfi deyil.
Qısa video internetdə keçən həftə yerləşidirilib. Türkiyənin xəbər agentliklərinin verdiyi məlumata görə,burada Baykal keçmiş katibəsi, hazırda Türkiyə partlamentinin üzvü olan Nesrin Baytokla bir yerdə göstərilir.