Accessibility links

Türkiyədə iki rusiyalı qadın həbs edilib


Türkiyənin dövlət xəbər agentliyinin bildirdiyinə görə, İslam Dövləti qrupunun üzvü olduqlarından şübhələnilən 2 rusiyalı qadın həbs edilib. Onların İnterpolun axtarışında olduğu bildirilib.

Anadolu xəbər agentliyi onların Akçakale sərhəd şəhərində ələ keçirildiyini xəbər verib. Qadınlar 9 uşağın müşayiəti ilə Suriyadan sərhədi qanunsuz keçərkən həbs edilib.

Agentlik qadınların polisə həyat yoldaşlarının Suriyada həlak olduqlarını dediklərini bildirib. Qadınlar Türkiyə vasitə ilə Rusiyaya qayıtmaq istədiklərini deyib.

Onların B.İ və F.B inisialları ilə adları açıqlanıb. Qadınların Şanlıurfa şəhər məhkəməsi qarşısına çıxarılacağı gözlənilir.

Uşaqların taleyi ilə bağlı məlumat verilməyib.


Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın Baxmut şəhərinə iri hücumlarını dəf edib
please wait

No media source currently available

0:00 0:11:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG