Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2023-cü ildə yenidən seçilməsi ona Türkiyəni regionda və İslam dünyasında lider etmək planlarını irəlilətməyə imkan verib, eyni zamanda isə o, tarixi düşmənləri ilə yaxınlaşmaq üçün səylər aparır. Ölkə daxilildə tənqidçiləri Ərdoğanı mandatından daxili müxalifəti susdurmaq üçün istifadə etməkdə ittiham edirlər.
Bəzi analitiklər deyir ki, Rəcəb Tayyib Ərdoğanın may ayında təkrar prezident seçilməsi ilə Türkiyə lideri Yaxın Şərq liderləri ilə münasibətlərini yeniləməyə çalışır və regional liderliyi bərpa etmək üçün rəqabət siyasətindən əl çəkir.
“Türkiyə siyasətini, xarici siyasətini və regional siyasətini dəyişməyə çalışır. Prezident Ərdoğan və Türkiyənin Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, indi də Misirlə danışmaq üçün şərait yaradıb”, Türkiyə Beynəlxalq Əlaqə Şurasından Mustafa Aydın bildirib.
İsrail-HƏMAS müharibəsinin başlaması ilə Ərdoğan güclü bir şəkildə HƏMAS-ı dəstəklədi və bu addım onun dini bazasını möhkəmləndirmək, eləcə də ərəblərin diqqətini çəkmək cəhdi kimi görülür. Bu daha öncə İsraillə yaxınlaşma addımlarına son qoyan bir mövqedir. Ancaq belə görünür Ərdoğanın regional liderliyə dair ümidləri puç olub. Belə ki, münaqişədə vasitəçilik səylərində Qətər və Misir aparıcı rol oynayır.
“Qəzza böhranı burada Türkiyənin diplomatik zəifliyini sərgilədi. Zəiflik daha da zəiflik gətirir. Demək istədiyim odur ki, siz diplomatik baxımdan nə qədər az diqqət mərkəzindəsinizsə, bir o qədər az insan və az ölkə sizinlə maraqlanır”, beynəlxalq əlaqələr üzrə analitik İlhan Üzgel bildirir.
Vaşinqton da vasitəçilik səylərində Ankaranı böyük ölçüdə kənara qoyub, bunun əvəzinə diqqətini Körfəz ölkələrinə yetirib. NATO müttəfiqləri arasında münasibətlər Türkiyənin İsveçin hərbi alyansa üzvlüyünü ratifikasiya etməsindəki gecikmələrə görə gərginləşib.
Ancaq o, tarixi rəqibi Yunanıstanla münasibətləri yaxşılaşdırmaqda müvəffəq olub. Hər iki lider dekabr ayında Afinada keçirilən sammitdə əlaqələri yaxşılaşdrmağı vəd edib. Analitiklər deyir ki, bu addım Türkiyə-Aİ münasibəltərinə yardım edəcək. Ancaq Avropa İttifaqının Türkiyədə insan hüquqları ilə bağlı narahatlıqları, çox güman ki, davam edəcək. Belə ki, tənqidçilər Ərdoğanı yeni mandatından müxalif fikirlərə və prezidentin hakimiyyətini təhdid etməkdə ittiham etdiyi vətəndaş cəmiyyəti təşkilatlarına qarşı repressiyaları gücləndirmək üçün istifadə etməkdə günahlandırır,.
“Biz kiçildik, kiçildik, kiçildik və artıq kiçilməyə yer yoxdur. Yəni, bu hekayənin sonudur; bilirsiniz, biz vətəndaş cəmiyyətinin fəallığı və təşkilatlar baxımından çox dar bir sahədə sıxışmışıq,” vətəndaş hüquqlarının müdafiəçiləri Sinan Gökcen deyir.
Ərdoğan indi Türkiyənin Konstitusiya Məhkəməsini hədəf alaraq onun seçki mandatına xələl gətirməkdə ittiham edir ki, bu addım Ankaranı Qərb müttəfiqlərindən uzaqlaşdrmaq təhlükəsi yaradır. Lakin Türkiyənin qarışıqlıq içində olan bölgədəki strateji əhəmiyyətini nəzərə alaraq, analitiklər Ərdoğanın gələcək illər hakimiyyətdə qalacağını nəzərə aldıqda, bütün tərəflərin birgə işləməyə çalışacağını proqnozlaşdırırlar.
Forum