Avropanın İnsan Haqları məhkəməsi Türkiyənin erməni jurnalistin qətlinin qarşısını ala bilmədiyinə dair qərar çıxarıb. Məhkəmənin qərarına əsasən, Türkiyə hökuməti Qrant Dinkin ailəsinə 170 000 dollardan artıq pul ödəməlidir. Məhkəmə bildirib ki, Türkiyə rəsmiləri jurnalistin ölümlə hədələnməsinə baxmayaraq, onu müdafiə edə bilməyiblər. Məhkəmənin qərarında həmçinin Türkiyənin jurnalistin azad ifadə azadlığını pozduğu da qeyd edilir. Dink iki dildə çıxan Agos qəzetinin redaktoru və Türkiyədə yaşayan erməni icmasının tanınmış üzvü idi. O, 2007-ci ilin yanvar atında iş gedərkən güllə ilə vurulub öldürülmüşdü.